Yuxu yozmaları

Son güncelleme: 01.03.2011 21:22
  • yuxu yozmalari 2011 - Yuxuların yozulması nedir

    İnsanoğlu həyatının təxminən üçdə birini yuxuda keçirir ki, bu da 60 illik bir ömrün 20 ili deməkdir.
    Keçici ölüm deyilən yuxuda görülən qəribə hallar... Nə üçün və hansı sürətdə yuxu görürük? Bu bir fenomendir. İlk insanın yaradılışından bu günə qədər filosoflar, elm adamları müxtəlif şəkillərdə açıqlamışlar, düşünmüşlər, lakin yuxunu qəti bir şəkildə təyin edə bilməmişlər. Ancaq bu qədərini bilməmizdə fayda vardır ki yuxu, böyük və mücərrəd bir dünyadır. Eyni zamanda yuxu, öldükdən sonrakı həyatımız ilə də əlaqəlidir. Bu əlaqəni tuta bilmək, ancaq təmiz duyğu və təmiz ruhla mümkün ola bilər. Yuxu ilə çox incə gerçəklər kəşf edilmiş və sonsuza qədər də kəşf edilməyə davam ediləcəkdir.

    Yuxuların yozulması xalq inancları, məsələn hava ilə əlaqəli olur. Belə ki, yağışlı gecədə yaxşı yozucu tez-tez yuxunu ulu babaların mənəvi irsi ilə əlaqələndirir. Aydın gecədə görülən yuxu isə müalicə, xəstəlikdən sağalmaqla bağlı ola bilər. Doğma evdə görülən yuxu çox vaxt doğma və yaxınlarla, yad evdə isə yuxu görənin özü ilə bağlı olur. Həmçinin, hələ qədimdən hesab edirdilər ki, evindən uzaqda olarkən insan doğmalarının başına gələnləri yuxuda görə bilir.

    Əziz xanımlarımız,bu gündən başlayaraq bizim saytda "Yuxu yozmaları" adlı bölməmiz də fəaliyyətə başlayır.Yuxu yozmaları ilə bağlı xəbərlərimiz təkcə instiktivliyinizə nəzər salmağınıza deyil, eləcə də həyatda istənilən sürprizə hazır olmağınıza kömək edəcək.

    Baılayırıq:

    Abdəst-Yuxuda abdəst aldığini görən adam,muradına yetişər.

    Abdəst dəniz kənarında alınırsa,bir xəstənin yaxşılaşacağına ,sərvətə qovuşacağını göstərir.

    Abdəst pozmaq-röyada kimsə,özünün abdəst pozarkən görməsi qısa bir müddətdə sıxıntıdan qurtaracaq.

    Avtobus-özünü avtobusdan sallanmış görmək çox təhlükəli bir məcarəyə sürüklənməkdir.

    Ağac-Röyada ağac görülməsi ümümiyyətlə xeyrə yozulur.

    Meyvəli ağac görmək yuxu görənin ümidlərinin doğrulacağına və mənfəət əldə edəcəyinə yozulur.

    Gur yarpaqlı ağac xoş güzaran,tikanlı ağac diqqətli olmağa işarədi.

    Meyvəsiz ağac yalan və ümidsizliyə işarədir.

    Ağacdan düşmək xeyrə yozulmur.

    Ağac çiçək açmışsa çox xeyirli və uğurlu xəbərə yozulur

    Ağarmaq-Yuxuda adamın saçında və saqqalında ,ağ tüklər görməsi,arbadı hamıləysə,dünyaya oğlan uşağı gətirəcəyinə işarədi.

    Bir qadın saçlarının ağarmasını,görərsə-əri ona xəyanət edir.

    Səhhəti yaxşı olmayan adam saçının ağardığını görsə,xəstəlikdən çətin qurtara.

    Ağız-Ağızın yox olduğunu görmək-ölümə işarədir.

    Ağızı kilidlənmiş görmək kafirliyə,və şər əmələ işarədi.

    Röyada bir adamın üzərinə ağırlıq çökməsi xeyrə yozulmaz

    Ada- özünü adada tək görmək dostların səni tərk edəcək.

    Ağıl-özünü ağıllı görən gənc qız muradına çatacaq.

    Ağrı-Yuxuda ağrı xeyrə yozulur.

    Ad-Yuxuda öz adının çağırılmasını görmək önəmli bir işə çağırılacağına işarədi.

    Adam-Adam öldürmək -haqqınızda dedi-qodu çıxacaq.

    Bir adama yaxşılıq etmək -evinizdə kiminsə xəstələnəcəyinə işarədi

    Adaxlı-(nişanlı)-Röyada adaxlı olduğunu görmək ,çox karlı və gəlirli işlərə girişəcəksən

    Azad etmək-yuxuda bir kişi özünü azad edərsə,Allahın rizası üçün qurban kəsməlidi.Arvadını azad edərsə,ondan ayrılıb boşanmağa işarədi.

    Ay- Ayı yerdə görənin anası öləcək,ayı qucağında görmək,ay təki nurlu bir qızla evlənəcəyinə işarədi.

    Ayın ikiyə bölündüyünü görmək -böyük dövlət adamının ölümünə yozulur.

    Ay-ışığı-dadlı bir eşq məcarası olacaq.

    Ayaq-yuxuda ayaq görənin ticarət işində əli gətirəcək.

    Ayaq sümüklərini görmək ölümə,tüklü ayaqborca işarədi.

    Bir ölünün ayağını görmək onun cənnətdə olmasına işarədi.

    Aydınlıq-Doğru yolvə ehtiyatlı olmaq kimi yozulur.

    Aydınlıqdan qaranlığa düşmək,var-dövlətin əldən gedəcəyinə,kasıblığa işarədi

    And-aman-yuxuda and-aman etmək yaxşlığa yozulmaz.

    Araba-araba altında qalmaq mirasa qovuşmaq kimi yozulur.

    Ayaqqabı-yuxuda ayaqqabı görmək sıxıntıya işarədi.

    Alma-yuxuda alma görmək,nə biçimdə olur-olsun,xoş aydın taleyə işarədir.

    Alov-Yuxuda alov bir neçəmənada yozulur.

    Yanğın alovu-xoş xəbər eşidəcəksiz.gur alov-işlər tərs gətirəcək amma sonra düzələcək.

    Alovda-alışıb yanmaq xəstəliyə işarədi.

    Alt paltarı-alt paltarını soyunmaq tədbirli və ehtiyatlı olmaq şərtiylə tez keçəcək bir xəstəliyə işarədi.

    Ana-Anasını görən mirasa qovuşar,ananı ölmüş görmək-böyük sevinc,ananı döymək-xəstəlik,ananı sevinən görmək,şad xəbər,ananı kədərli görmək-kədərə işarədi.

    Ata-atani aciqlı görmək sıxıntıya işarədi

    Atanızın ailə ocağını buraxıb getmək,acı bir xəbər alassız

    Atanı kədərli görmək sizdən incidiyinə işarədi.

    At-Röyada at xeyrə yozulur.

    At nalı-at nalı görən muradına yetişər.

    Aclıq-röyada acdığını görmək xəstəlikdən qurtarmağa işarədi.

    Arı-arı sancırca deməli paxıllığınızı çəkən var.balla dolu arı pətəyi görmək,xəstəliyə işarədi.

    Armud -umduğuna nail olacan

    Aslan- qız yuxuda aslan görsə uzaq yoldan gələn tanımadığına ərə gedəcək.

    Axar su-yuxuda suyu axar görmək mal-mülk,pul sahibi olacağına işarədi.

    Axirət-axirətə uçmaq uzun və xeyirli səfərdi.Axirətdən qovulmaq xeyrə yozulmaz.

    Asqırmaq-uzun və sağlam ömrə işarədir
#23.02.2011 11:34 0 0 0
  • Teşekkür bitanem...
#01.03.2011 21:22 0 0 0