Yeniyetmələri siqaretdən qorumaq üçün: • Siqaret çəkməsindən şübhələndiyiniz uşaqların evinə oğlunuzu buraxmayın.
• Hərdən iş qrafikinizdən tez və qəfil evə gəlin ki, uşağın nə ilə məşğul olduğunu izləyə biləsiz.
• Oğlunuz evə gəlməyənə qədər yatmayın, işığı söndürməyin.
• Oğlunuzu uşaqlıqdan evə girən kimi qucaqlamağa adət edin ki, böyüyəndə bunu edə biləsiniz. Onu qucaqlayarkən geyimə, saçlara hopmuş qoxuya fikir verin. Onda asanlıqla tütün, siqaret, içki iyini hiss edəcəksiz. Əgər evə gec qayıtmış oğlanın üst-başından kəskin ətir iyi gəlirsə və o, saqqız çeynəyirsə, bundan da şübhələnməyə dəyər. Güman ki, o, izi azdırmaq istəyir.
• Evə girib, dərhal otağına keçən kimi onun başını söhbətə qataraq ardınca gedin və uşağın hərəkətlərinə, danışığına diqqət yetirin.
• Pis dəstəyə, xüsusən narkomanlara qoşulmuş uşağın sözlərində, leksikonunda dəyişiklik olur, spesifik sözlər meydana çıxır. Məsələn: «barıqa», «mal var?», «apşak» və s. Tez siqaret çəkməyə başlayan yeniyetmələri kor olmaq gözləyirBritaniya klinikalarında aparılan sorğu bütün həkimləri dəhşətə gətirmişdir. Hətta Britaniya rəsmiləri siqaret əleyhinə reklamlarda bu faktın yer almasına qərar vermişlər. Belə ki, gecə barları, diskoteka və klublarda 320 nəfər gənc arasında «Ən çox nədər qorxursuz» sorğusu aparılmışdır. Gənclərin 98%-i kor olmaqdan qorxduqlarını bildirmişlər. Bu sorğunun ardınca Britaniya oftalmoloqları belə bir məlumat dəcr etmişlər: erkən siqaretçəkmə 10 ildən sonra görmənin 30% azalmasına, narkotika isə tamam kor olmaya səbəb olur. Belə ki, tütündən göz ağında «sarı ləkə» distrofiyası görmənin zəifləməsinə ən çox səbəb olan faktorlardandır. Rəyi soruşulan gənclərin 70%-i heç bir xəstəlik qorxusu ilə siqaretdən əl çəkə bilmədiklərini etiraf etsələr də, gözlərində azacıq da olsa zəifləmə hiss etsələr siqareti azaltmağa və ya tamamilə tərgitməyə hazır olduqlarını bildirmişlər. Ailənin yazılmamış qanunları:Qanun 1. Hər bir uşaq, yaşından və xarakterindən asılı olmayaraq sevilməli, arzulanmalıdır.Qanun 2. Uşaq valideynin maddi və mənəvi vəziyyətinə baxmayaraq xeyirxahlıq, diqqət və mehribanlıq əhatəsində yaşamalıdır. Qanun 3. Valideynlər öz aralarındakı münasibətin bütün özəllik və gözəlliyini nümayiş etdirməlidirlər.Qanun 4. Uşaqlara 3 sözdən hər şeyi başa düşməyi öyrətmək lazımdır: «olar», «olmaz», «mütləqdir». Qanun 5. Uşaq söz demək, müzakirə etmək və izah etmək hüququna malikdir. Bu hüquq ondan heç bir zaman alınmamalıdır. Qanun 6. Ailədə müsbət keyfiyyətlər, adətlər, vərdişlər nümayiş olunmalıdır. Qanun 7. Valideynlər nizamlı və sakit olmasa, uşaqlar heç vaxt ədəbli olmayacaq....
Son 10 il ərzində ağciyər xərcənginə tutulma hallari siqaret çəkməyənlərə nisbətən 15 dəfə coxdur.
Siqaret çəkən anaların uşaqları, kifayət qədər oksigen catışmadığına görə əqli cəhətdən zəif olur.
Qırtlaq xərcənginə tutulma hallarının 99%-nın səbəbi siqaret çəkməkdir.
siqaret çəkən şəxs, siqaret tüstüsünü udmağa məcbur olan ətrafdakılrı da 40-80% nisbətində zəhərləyir.
1. Əsəbləşdirici tə'siri,
2. İflic etmə tə'siri,
3. Xərcəng yaratma tə'siri,
4. Qanazlıq yaratma, tə'siri,
5. Damar kiplaşdirici tə'siri,
6. Böyrək iltihabı yaratma tə'siri,
7. Üshaq salmaya səbəb olan tə'siri,
8. Cinsi fəallığı zəiflətmə tə'sırı,
9. Sinirləri dağıtmaq tə'siri,