Pəhriz Salatı

Son güncelleme: 02.04.2011 00:32
  • Pəhriz salatı tarifi

    noimage

    Tərkibi:

    200 q farel felesi

    1st bişmiş düyü 200 q

    140qr konservləşdirilmiş qarığdalı dənələri

    2 yumurta

    100qr qara zeytun

    2 xiyar

    1x/q zirinc

    Şüyüd

    Sos üçün 2x/q duru yağ və yarım limon suyunun qarışığından istifadə edilir


    Hazırlanması:

    Balıq layları xırda-xırda doğranır

    Yumurtalarda xırdalanır


    Xiyar,zeytun və göy də xırda-xırda doğranır.

    Bütün ərzaqlar qarışdırıb duru yağ və limon suyundan hazırlanmış sous əlavə olunur.

    Zövqə görə bəzədikdən sonra süfrəyə təqdim edilir.


    Nuş olsun.

    Qeyd:Mən salatı artıq çəkidən azad olmaq istəyənlərə hazırladığım üçün duru yağ və limon suyunun qarışığından istifadə etdim. Duz və istiot işlətməməyimin səbəbi isə tərkibində olan zeytun və balığın azda olsa duzlu olmasıdır.

    İstəyənlər bu sousun əvəzinə mayonez və ya xamadan və ağız dadlarına uyğun duzdan istifadə edə bilər.
#02.04.2011 00:32 0 0 0