Gün ərzində 0,5 litr süd içmək insult və ürək xəstəlikləri risqinin qarşısını alır. Həmçinin bu qida növü şəkər və tənəffüs yollarının xərçəngi risqini də azaldır. Ridinq və Kardiff universitetləri alimlərinin qənaətincə, çoxlu süd içməyin insan sağlamlığına ziyan olması ilə bağlı iddiaların əsası yoxdur. Alimlər süd qəbulu ilə bağlı minlərlə insanın üzərində aparılmış 324 təcrübənin ümumi nəticələrini analiz ediblər. Məlum olub ki, gün ərzində kim yarım litr süd içibsə, onda ürək-damar xəstəlikləri risqi 15 - 20 faiz azalıb. Professor Yan Qivens vurğulayıb ki, südün tərkibində olan proteinlər arterial təzyiqi azaldır. Bu isə ürəyin sağlamlığına müsbət təsir göstərir. Təcrübələr zamanı insanlarda şəkərin də 9 faiz azaldığı üzə çıxıb. Mütəxəssislər onu da bildiriblər ki, süd insan bədənində kalsium üçün ən başlıca mənbələrdən biri olaraq qalır. Ona görə də uşaqların süd içməsi daha xeyirlidir.