Nüşabə Ələsgərli topluma aktrisa kimi də yaxşı tanışdır. Ona seriala çəkilmək təklifi gəlmiş, lakin nədənsə bundan imtina etmişdir:
"Bundan əvvəl bir dəfə seriala çəkilmişəm. Çox əziyyətli işdir, amma əziyyətli olduğu qədər də insana zövq verir. Belə düşünürəm ki, yəqin, oynadığım rol bəyənilib ki, növbəti dəfə belə bir fikrə gəliblər. Lakin işlərimin həddən artıq çox olması mənə bu imkanı vermir. Çox vaxt mahnı ifaçılarının filmə və ya seriala çəkilməsini aktrisalar qəbul etmirlər. Müxtəlif söz-söhbətlər yaranır. Çalışdığım qədər qalmaqallardan uzaq qaçdığım üçün və edilən təklifdən imtina etdiyim üçün ssenari müəllifinin, eləcədə rejissorun adını açıqlamaq istəmirəm".
Mahnı yaradıcılığından söz salaraq, hazırda bir neçə yeni bəstələri studiyada yazdırmağa hazırlaşdığını bildirdi. Eyni zamanda, repertuarında çoxdan yer alan bəzi mahnılarını yeni aranjimanda təzələyəcək. Sözünün davamında biznesindən də söz açdı. Hazırda paytaxtdakı restoranlardan birinə rəhbərlik edir. Tezliklə daha birini açmaq niyyətindədir. Müğənni ikinci restoranın birincidən keyfiyyətinə görə fərqlənəcəyini bildirdi. Gələcəkdə isə biznesini başqa sahələrdə də genişləndirmək niyyətini bildirdi.