Sahə beynəlxalq kinofestivalda

Son güncelleme: 16.04.2011 04:31
  • "Sahə" beynəlxalq kinofestivalda
    _____________________________

    Azərbaycanın "Sahə" filmi Moskvada XIII Beynəlxalq "DetekFEST" və hüquq-mühafizə mövzusunda film festivalında təmsil olunacaq. "Nərimanfilm" Kinostudiyasından verilən bilgiyə görə, aprelin 20-dən 24-nə kimi davam edən festivalda iştirak üçün 34 ölkədən 330 müraciət daxil olub. O cümlədən, İtaliya, İspaniya, Kolumbiya, Tayvan, Norveç, Niderland, Cənubi Afrika Respublikası, Kanada və digər ölkələrdən də iştirak üçün sorğular ünvanlanıb. Bu il festival müsabiqəsində 56 bədii, 29 detektiv serialı və 96 sənədli və qısametrajlı film, 150 televiziya proqramı mübarizə aparacaq. 2011-ci il üzrə nominantların ümumi sayı 51-dir və "Qəhrəman" və "Antiqəhrəman" nominasiyalarda 29 aktyor yarışacaq. Festivalın xüsusi mükafatı olan "Canlı əfsanə" 2011-ci ildə rejissor Stanislav Qoloxurinin "Görüş yerini dəyişmək olmaz" filminə təqdim olunacaq. Bu il S.Qoloxurinin 75, filmin isə 30 illiyi qeyd olunur.

    Festival komandasına rejissor Yuri Qrimovun emalatxanasının tələbələri qatılacaqlar. XIII Beynəlxalq "DetekFEST" və hüquq-mühafizə mövzusunda film festivalında Azərbaycanla yanaşı, Litva, Niderland, Çin, Tayvan, Rusiya və Monqolustan iştirak edəcək.
#16.04.2011 04:31 0 0 0