Bir gün Həzrəti Muhəmməd (s.a.s) bir dəstə səhabələrlə məsciddə oturduqları zaman,10 nəfər qeyri musəlman (Yəhudilər)Həzrət Muhəmməd (s.a.s)-ın yanına gələrək dedilər:-Biz sizə bir sual verəcəyik ki,həmin sualın cavabını yalnız,Allahın Peyğəmbərı və ona yaxın olan mələklərdən başqa heç kim bilmir,əgər sən həmin sualın cavabını bizə düzgün surətdə bəyan etsən,sənin həqiqətən Allah tərəfindən gəlmiş Peyğəmbər olduğunu biləcəyik.
Həzrət Muhəmməd(s.a.s) buyurdu;Soruşun.
Onlar dedilər;Ey Muhəmməd,Allahın sənə və sənin ümmətinə vacib bildiyi namazların (gecə və gündüz)beş vaxtda qılınmasının hikməti nədir? Həmin vaxtların xüsusiyyətlərindən bizlərə xəbər ver.
Həzrət Muhəmməd (s.a.s) onların cavabında buyurdu;
Sübh namazı vaxtı,kafirlərin şeytanlara səcdə etməmişdən öncə,mənim ümmətimə O böyük varlığa səcdə etsin,
Zöhr namazı vaxtında,Allah,göydə bir halqa xəlq etmişdir.Elə ki, günəş həmin halqa xaricindən çıxdıqda,bütün yer və asimanda olanlar,Allaha təsbid edərək,(müxtəlif surətlərdə)zikr edərlər.Elə həmin zaman asiman qapıları açılar və dua qəbul olar.Allah istəmişdir ki, mən və mənim ümmətim həmin vaxtda,onların xeyir əməlləri ilə şərik olsun.
Amma digər Əsr namazı vaxtında İblis,Adəmi(Allahın salamı olsun ona)vəsvəsə etmişdir.Allaha istəmişdir ki, həmin vaxtlarda,məni ve mənim ümmətimi,şeytanın vəsvəsindən qorusun.
Şam namazı vaxtında isə Allah Adəmin tövbəsini qəbul etdiyinə görə,istəmişdir ki, mənim ümmətimə(gün ərzində)etdiyi günahlardan tövbə etdikdə,onların da günahlarını bağişlasın.
Xiftən namazının vaxtında isə,(bütün keçmiş Peyğəmbərlərin ibadət etdiyi vaxt olduğuna gorə)Allah mən və mənim ümmətimin ibadətlərini,onlarin ibadətləri ilə bərabər olmasını istəmişdir.Onlar Həzrət Muhəmməd ibn Əbdullahın verdiyi cavabı eşitdikdə,Həzrətin sözləri təsdiqləyərək,hamını birlikdə,Həzrət Muhəmməd ibn Əbdullaha iman gətirdilər.
Həzrət Muhəmməd (s.a.s) buyurur "Elə ki, bəndə namaz qılmaq ücün qibləyə doğru dayanaraq ALLAHU ƏKBƏR söylədi ,həmin şəxs sanki təzə dünyaya gəlmiş uşaq tək,bütün günahlarından təmizlənər.