Həftəbecər Turşusu

Son güncelleme: 22.04.2011 10:58
  • Düzdür, turşu sezonu qurtarmaq üzərədir, amma mən yenə də sizə bir turşu resepti yazmaq istədim. Turşu həvəskarıyam (yeməyi nəzərdə tuturam). Uşaqlıqda Bakıdakı həyətimizdə pərpətöyün bitərdi. Bacım və mən ondan yığıb bankalara doldurar, üstünə də sirkə tökərdik. Bİr həftəyə turşumuz hazır olardı. Fəxrlə yeyərdik. Özü də heç də pis alınmırdı. Təəssüflər olsun ki, Amerikada pərpətöyündən istifadə etmirlər. Onu yararsız ot hesab edirlər.

    Amma günlərin bir-günü Meksikan marketlərinin birində (burada Meksikalıların sayı çox olduğundan, çox sayda marketləri də var) gözümə tanış ot sataşdı. Üstündə ispan dilində "verdolaga” yazılmışdı. Diqqətlə baxdığımda gördüm ki, elə bizim Bakıdakı həyətdə bitən pərpətöyünün eynisidir. Sən demə, Meksika mətbəxində də pərpətöyündən istifadə edirlər, amma turşu üçün deyil - onun yeməyini bişirirlər.

    Nə isə, deyəsən pərpətöyün haqqında çox danışdım. Axı bu günkü turşu pərpətöyün turşusu deyil. Keçək turşumuzun izahına. Həftəbecər turşusunda bütün tərəvəzlər doğranıb bankalara yığılır. Bu turşunu hazırlamaq o qədər də çətin deyil. Sadəcə olaraq, tərəvəzləri doğramaq bir az vaxt aparır, amma eybi yoxdur, dəyər, çünki nəticədə öz əllərinizlə hazırladığınız turşunu süfrəyə çıxarmış olacaqsınız, özü də böyük fəxr hissiylə, eyniylə mənim pərpətöyün turşusunu hazırladığımdakı kimi.

    alıntı

    https://www.main-board.com/azerbaycan-metbexi/315875-heftebecer-tursusu.html
#22.04.2011 10:58 0 0 0