Türkiyə nümayəndə heyətinin tədbirində çıxış edib

Son güncelleme: 06.05.2011 00:14
  • noimage

    Azərbaycanın "Eurovision-2011" təmsilçiləri - Eldar və Nigar Düsseldorfdakı "Euroklub"da Türkiyə nümayəndə heyətinin rəsmi tədbirində çıxış edib.

    Lent.az- ın İtv.az-a istinadən məlumatına görə, tədbir çərçivəsində nümayəndələrimiz Rusiya, Malta, San-Marino, Gürcüstan, Makedoniya, eləcə də gecəyə sahiblik edən Türkiyənin "Yüksək Sadakat" qrupu ilə birlikdə olublar.


    Duetimiz "Euroklub" səhnəsindən qonaqlara müsabiqədəki mahnılarını - "Running Scared" mahnısını oxuyublar.


    "Yüksək Sadakat" qrupunun tədbirindəki bu ifa təmsilçilərimizin Düsseldorfda rəsmi məşqdən əlavə ilk çıxışı olub. Eldar və Nigar burada bek-vokalçıların dəstəyi olmadan canlı ifa ediblər. "Eurovision-2011" təmsilçilərimiz gözəl vokal imkanlarını nümayiş etdirməklə yanaşı, həm də dinləyicilərlə canlı ünsiyyət yaradaraq qonaqlar, fanatlar və jurnalistlərin böyük rəğbətini qazanıblar.

    Lalə Yusifqızı
#06.05.2011 00:14 0 0 0