Azərbaycanda yeni xalq instrumental ansamblı yarandı - FOTOLENT

Son güncelleme: 26.05.2011 22:53
  • noimage

    "Arazbarı" İctimai xeyriyyə təşkilatı eyniadlı xalq-instrumental ansamblını yaradıb.

    Təşkilatın birliyinin rəhbəri Vüqar Bəkirovun Lent.az-a verdiyi məlumata görə, qrupun tərkibinə 15 musiqiçi daxildir. Ansamblın musiqi rəhbəri Esmira Cəfərzadədir.

    Vüqar Bəkirov deyib ki, ansamblın repertuarına xalq mahnılarından ibarət kompozisiyalar, muğamlar daxildir: "Qrupun tərkibində olduqca istedadlı musiqiçilər fəaliyyət göstərir. Onların arasında Alim Qasımovun tələbəsi də çalışır. Biz konsert proqramı ilə çıxış etməyi planlaşdırmışıq. Lakin bizə mənəvi dəstəkdən başqa, maddi dəstək də çox lazımdır. Qrupun inkişafı üçün dəstəyə çox ehtiyacımız var".

    Lalə Yusifqızı

    noimage

    noimage

    noimage
#26.05.2011 22:53 0 0 0