Azərbaycanlı müğənni əməliyyat olunacaq

Son güncelleme: 08.06.2011 00:47
  • noimage

    Xalq artisti Flora Kərimova son vaxtlar gözlərindən şikayətlənir. Belə ki, bir neçə il öncə gözaltı problemlərindən əziyyət çəkən sənətçi çox düşünüb-daşındıqdan sonra əməliyyata üz tutmalı olub.

    Amma uğursuz əməliyyat nəticəsində gözlərinin altı daha da eybəcər hala salınıb. Elə o vaxtdan da Flora xanım eynəklə gəzməyə məcbur olub. Bundan başqa, qorxusundanmı, ya xoşagəlməz effektin alınacağındanmı ehtiyatlandığı üçün bir daha əməliyyat stoluna uzanmaq istəmir.

    Amma əldə etdiyimiz məlumata görə, F.Kərimova məhz qızının öyüd-nəsihətlərindən sonra yenidən gözətrafı nahiyələrində əməliyyat etdirməyə razılıq verib.

    Əməliyyat payız fəsli üçün nəzərdə tutulub. Yay aylarında doğmalarını ziyarət etmək üçün xarici ölkəyə səfər edəcək sənətçimiz payızdan etibarən xalqın qarşısına eynəksiz çıxacaq.
#08.06.2011 00:47 0 0 0