Türkiyə parlamentinə seçilən azərbaycanlıların adları açıqlandı

Son güncelleme: 14.06.2011 00:25
  • noimage

    Üç azərbaycanlı Türkiyə Böyük Millət Məclisinə deputat seçilib

    Türkiyədə keçirilən parlament seçkilərində üç nəfər Azərbaycan əsilli Türkiyə vətandaşı Türkiyə Böyük Millət Məclisinə deputat seçilib.

    Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunlar Milliyyətçi Hərəkat Partiyasının (MHP) İqdır millət vəkilliyinə 1 nömrəli namizədi Sinan Oğan, əslən İqdırdan olan, İstanbuldan deputat seçilmiş Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Əli Özgündüz və namizədliyi Ədalət və İnkişaf Partiyasından (AKP) irəli sürülmüş Hacı Bayram Türkoğludur.

    Qaynaq:Lent.az
#14.06.2011 00:25 0 0 0