Avropa İttifaqından Qarabağa dair növbəti etiraf

Son güncelleme: 16.06.2011 00:22
  • noimage

    "Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni əhalisinin əksəriyyət təşkil etdiyi ərazidir"

    Avropa İttifaqı Avropa Parlamentində keçiriləcək dinləmələr ərəfəsində Dağlıq Qarabağın Azərbaycana aid olduğunu növbəti dəfə təsdiq edib. "Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni əhalisinin əksəriyyət təşkil etdiyi ərazidir".

    Bəyanatda Avropa Parlamentinin sədri İrji Buzekin Bakıya səfəri zamanı dediyi sözlərdən də sitat gətirilir: "Görüşlər zamanı mən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü vurğuladım. Bildirdim ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində və Madrid prinsipləri əsasında sülh yolu ilə həllinə dair səyləri dəstəkləyir".

    Qaynaq:Lent.az
#16.06.2011 00:22 0 0 0