Düyülü kartof kotleti

Son güncelleme: 24.06.2011 00:21
  • noimage

    İçindəkilər.

    kartof 4 -5 ədəd orta ölçülü

    soğan- 1 ədəd

    yumru düyü- yarım stəkan

    keşniş, şüyüd- 1 dəstə

    yumurta- 2 ədəd

    duz, istiot, sarıkök -zövqə görə



    Hazırlanması:

    Kartofu qaynadıb pürə halına gətiririk.

    Soğanı yağda qızardırıq, düyünü tam bişənə kimi qaynadırıq, göyərtini xırda doğrayıb, duz, istiot, sarıköklə birlikdə kartofun üzərinə əlavə edib, çiy yumurtanı da əlavə edib yaxşı qarışdırırıq.

    Alınan kütlədən kotlet hazırlayırıq.

    Kotletlərin hər iki üzünü qızardırıq.

    Budur kotletlərimiz hazırdır.

    Nuş olsun!

    P.S. Kotlet bərk olsun deyə üzərinə bir qaşıq un əlavə edə bilərsiniz.Süfrəyə verdikdə pendir və pomidorla verə bilərsiniz.
#24.06.2011 00:21 0 0 0