Portağal qocalmağı ləngidir

Son güncelleme: 24.06.2011 01:29
  • noimage

    Yaşlanmağın qarşısını alan meyvənin tərkibindəki antioksidantlardır

    Portağal yaşlanmağı ləngidir. Bu nəticəni britaniyalı diyetoloqlar əldə ediblər. Onlar həb formasında olan C vitamini və başqa əlavələrin bu xüsusiyyətinə görə nə üçün portağaldan geri qaldığını müəyyən edə biliblər.

    Sən demə bütün iş bu meyvənin tərkibindəki unikal antioksidantların birləşməsindədir. Briqama Yanqa Universitetinin mütəxəssislərinin sözlərinə görə, bu antioksidantlar birlikdə daha səmərəli təsir göstərir, nəinki təklikdə. Araşdırmanın nəticələri "Journal of Food Science"də nəşr edilib.

    Qeyd edək ki, antioksidantlar ancaq hüceyrələrin qocalması prosesini ləngitmir. O həm də xərçəngin bəzi növlərindən, eləcədə ürək-damar sisteminin xəstəliklərindən müdafiə edir.
#24.06.2011 01:29 0 0 0