Müğənni Cavanşir Məmmədov silikonlu müğənnilərə sataşdı

Son güncelleme: 27.06.2011 16:14
  • noimage

    Populyar müğənni Cavanşir Məmmədov saç əkdirdiyini etiraf edib.

    Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, Space TV-nin "Bazar" verilişinə açıqlamasında o, deyib:

    "Mən keçəl deyildim. Amma saçımla bağlı bəzi problemlərim var idi. Odur ki, həkimə müraciət etdim. Mən bu haqda danışmağı xoşlamıram. Məni müzakirə etməkdənsə, müxtəlif plastik əməliyyatlar etdirən, dodaqlarına və başqa yerlərinə silikon qoyduran kişi müğənnilərdən danışsınlar. Saç məsələsinə gəldikdə, bu suala hamıdan yaxşı Arzu Rzayev cavab verə bilər".

    A.Rzayev həmkarının sözlərini cavabsız qoymayıb.

    "Əvvəllər mənim Puşkini xatırladan qıvrım saçım olub. Sonradan onlar tökülməyə başladı. Amma mənə belə də rahatdır. Belə kompleksim yoxdur", - deyə o, qeyd edib: "Bilirəm ki, Elariz Məmmədoğlu, Cavanşir Məmmədov və digər müğənnilər saç əkdiriblər. Mən indi bu haqda düşünmürəm. Gələcəkdə isə nə olacağını deyə bilmərəm. Özünü cavan hiss etmək üçün belə addımlara ehtiyac yoxdur. Vacibi ürəkdə cavan qalmaqdır".

    Milli.Az
#27.06.2011 16:14 0 0 0