Ermənilər atəşkəsi pozub

Son güncelleme: 28.06.2011 19:47
  • noimage

    Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 28-də saat 04.10-dan 04.30-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Qaynaq:Lent.az
#28.06.2011 19:47 0 0 0