Namazdır cənnətin yolların açan,
Kafirdir bu yoldan bilərək qaçan,
İlk öncə deyirsən bismillah,
Buda deməkdir, ən böyük Allah.
------------------------
Bəndənin Allaha borcu namazdır,
Bu borcu verənlər heyif ki azdır,
İqaməni deyib namaza başla,
Namazı qılıb şeytanı daşla.
------------------------
5 vaxt namaz qıl Allaha inan,
Gününü keçirib eyləmə viran,
Namaz qıl, uzat səcdəni,
Allah sevəcək həmin bəndəni.
------------------------
Ən yaxın məqam Allaha səcdədir,
Gözünnən yaş axır görəsən nədir?
Gözünnən axan o nur damcısı,
Açacaq üzünə cənnət qapısı.
------------------------
Allahla söhbət namazda başlar,
İnsan Əreəfatda şeytanı daşlar,
Mömini namaza çağırar azan,
Allahın varlığı duyular hər an.
------------------------
Allahım mənədə bəxş et cənnəti,
Yaratdığın o gözəl nazi-neməti,
Gəzim oraları könlüm açılsın,
Cismim hər tərəfdə nura saçılsın.
------------------------
Bismillahla başlayıb Salamla bitir,
Bu sözlərlə özünü dərgaha yetir,
Ey insan dua et denən Allahım,
Bu dünyada sənsən ümüd-pənahım.
------------------------
Alıntı şer..