Ermənilər atəşkəsi pozub

Son güncelleme: 29.06.2011 23:41
  • noimage

    Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 29-da saat 03.05-dən 03.15-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Qaynaq:Lent.az
#29.06.2011 23:41 0 0 0