Ölüm Allahın töhfəsidir

Son güncelleme:
  • Bəzi insanlar ölümü - yoxluq, puç olmaq bilir.

    Bunun müqabilində isə yaşamağını boş, mənasız həyat kimi hədərə gedən ömür hesab edir.
    Məlum məsələdir ki, insan əqidəsiz, dinsiz, imansız ömürünü başa vurarsa,
    ölüm onun üçün dəhşətli bir işgəncəyə çevriləcək.

    Əslində ölüm prosesi çox çətin baş verən bir ilahi təqdiratdır.
    Çünki, insanın mahiyyətini təşkil edən ruhu öz cismində sanki qəfəsdə olan lətif bir
    varlıqdır. Və bu ruh Allah Təbarək və Təalanın insana əmanət verdiyi bir şeydir.

    Mömin insan bəndəlik, ibadət yolu ilə öz ruhunu paklayır, onu daim qidalandırır.
    Namaz, oruc, Quran oxumaq və s. vasitələrlə öz ruhunu sağlam saxlayır.
    Çünki, o, bilir ki, əmanətin sorğu-sualı olacaq.
    Ömrü başa çatanda isə asanlıqla Allaha təslim edir.
    İlahi peyğəmbərlər, məsum İmamlar və Kərbala şəhidləri buna canlı misaldır.

    İmam Hüseyn (ə) və yavərləri necə o çətin, məşəqqətli gündə, Kərbəla
    çölündəki yandırıcı istidə 3 gün susuz halda Allah yolunda min bir əziyyyətlərə
    dözüb, qəhrəmancasına döyüşərək ölüm şərbətini asanlıqla içdilər.
    Hətta Tasua günü (Məhərrəm ayının 9-cu günü) düşməndən möhlət aldı ki,
    bu gecə Allahla razu-niyaz etməyə fürsət versin. Aşura günü isə İmam Hüseyn(ə)
    şəhid olma anında ölüm mələyi cənab Əzrail ona qızıl gülü iylətdi və o Allahına qovuşdu.

    Ancaq insan Allahın əmrinə yox, şeytanın sözünə baxsa, ona yoldaşlıq etsə,
    yəni günah işlərlə ömrünü yaşasa, ölüm onun üçün çoş çətin, əziyyətli,
    uzunmüddətli olar. Allah Təala hər cür neməti insan üçün ona görə əta edir ki,
    ona şükür edib, onu tanısın. Mehriban Allah isə mömin (ona iman gətirən)
    bəndələrin bu dünyada çəkdikləri müxtəlif məhrumiyyətlər,
    çətinliklər müqabilində onlarla gözəl bir hədiyyə, töhfə hazırlayır.

    Allah Rəsulu, İslam Peyğəmbəri (s) bu haqda buyurur:
    «Ölüm möminlər üçün bir gözəl töhfədir».

    Kafirlərin, münafiqlərin, müşriklərin, fasiqlərin isə bu dünyada töhfəsi-pul, mal-dövlət,
    məqam, vəzifə və s.-dir ki, onlar bu vasitələrlə cəhənnəm oduna daha yaxın olarlar.

    Əziz İslam Peyğəmbəri (s) buyurur:
    «Adəm övladına hələ indiyə kimi çətin bir şey rast gəlməyibdir.

    Ölümdən sonrakı həyat əvvəlkindən daha çətindir.
    Günahkar bəndənin ölümü sanki yuna ilişən tikan kimi olar.

    Rəsuli Əkrəm (s) buyurub:
    «Ölüm zamanında ən yüngül can verən insanın 100 dəfə xəncərlə vurulmasına bənzəyər».

    Yenə Peyğəmbər (s) buyurur:
    «Əgər heyvanlar da ölümü insanlar kimi duysalar, bir dənə də kök heyvan qalmazdı».

    Bir kişi Peyğəmbərdən (s) soruşur: «Mən niyə ölümü sevmirəm?».

    Həzrət buyurur:
    «Nə qədər sağsan, öz mal-dövlətini Allah yoluna sərf et. İnsan nə qədər ölümü yadına
    çox salsa, o qədər də günahları bağışlanar, ölüm ona asanlaşar».

    Heç bir bəndə öz ölümü haqda bir şey bilmir: harada? Necə? Nə vaxt?
    Bu yanız ulu Tanrıya aid olan bir sirrdir. Ölüm dünya və axirət arasında bir körpüdür.

    Həzrət Əli (ə) buyurur:
    «Ey insanlar, siz imtahan dünyasında qonaqsız yol üstəsiz. Ölümdən sonrakı həyata yaxşı hazırlaşın»

    Alıntı..
0 0 0