Mütləq gəzmək lazımdır - Gezmek saglamlıqdır - Saglamlıq
Ramazan aylarında qəbizlik şikayətinin qarşısını almaq üçün irtardan bir-iki saat sonra meyvəyə üstünlük vermək lazımdır. Hər axşam 2-3 porsiya meyvə qəbulu günlük vitamin eytiyacını ödəmiş olur. Meyvəni yatmazdan 1-1,5 saat əvvəl qəbul etmək məsləhətdir. Xüsusilə yayda ən çox istifadə edilən qarpız çox sulu olduğuna görə, iftardan sonra əla seçimdir. Havanın isti olmasını da nəzərə alaraq ağır məşqlərdən qaçınmaq lazımdır. İftardan iki saat sonra yüngül yürüşə çıxmaq həzmi asanlaşdırar və daha rahat yatmağınızı təmin edə bilər.
Xüsusilə yüksək təzyiq və şəkər xəstəliyi olanlar, böyrək xəstələri və rejimli dərman qəbul edən şəxslər oruc tutarkən çox diqqətli olmalıdırlar. İftar zamanı qara çay əvəzinə yaşıl çay içmək məsləhətdir. İçdiyiniz bütün çaylara bir darçın çubuğu atmaq, qanda şəkəri qaydasına salacaq.
Yaxşı olar ki, çay keks, piroq, tort və pirojna ilə deyil, meyvə quruları - kişmiş, xurma, ərik, əncir, alma, qurusu ilə içilsin. Çünki bədəni təmin edən vitaminlər onlarda daha çoxdur.
Bütün oruc tutanlar iftar sonrası səhərə qədər 2 litrə qədər su içməlidirlər. Ən azından 2 stəkan bitki çayı, bol-bol ayran, qatıq və albalı kompotu içmək vacibdir.