Həddindən artıq fast food yemək şagirdlərin zehninə mənfi təsir edir
Tez bazar qida qəbul edən uşaqların zəka müvəffəqiyyəti məktəb yoldaşlarına nisbətən daha aşağı olur.. ABŞ-ın Tennessi ştatındakı Vanderbilt Universitetindən olan bir qrup mütəxəssis, araşdırma üçün 10 və 11 yaşlarındakı 5 min 500 şagirdin qidalanma vərdişlərini və məktəbdəki fəliyyətini araşdırıb. Şagirdlərdən həftədə neçə dəfə fast food restoranlarında ya da fərqli məkanlarda ayaqüstü yeməklər yedikləri soruşulub.
Şagirdlərin 54 %-nin həftədə 1-3 dəfə, 10%-nin 4-6 dəfə, 2%-nin isə gündə 4 ya da daha çox fast food yediyi müəyyən olunub. Bunun ardından uşaqlarla şifahi və ədədi testlər aparılıb və test nəticələri müqayisə edilib. Həftədə 4-6 dəfə fast food və tez bazar yeyənlərin 10%-ni təşkil edən qrupun şifahi imtahanlarda 100 ballıq hesablama sistemdə 6.96 bal daha aşağı nəticə verdikləri təyin olunub.
Bu qidaları hər gün yediyini söyləyənlərdə 16.07 bal fərq ortaya çıxıb.Həddindən artıq fast food qəbul edən 2%-lik qrupun isə 19.34 bal aşağı nəticə göstərdiyi müşahidə edilib. Həftədə 4-6 dəfə fast food yeyənlər orta rəqəmdən 6.55 bal, hər gün yeyənlər isə 14.82 , gündə ən az üç fast food yeyənlər isə 18.48 bal daha aşağı nəticə göstərib.