Ürəyimizin qeydinə qalaq

Son güncelleme: 24.07.2011 14:59
  • Ürəyimizin qeydinə qalaq

    noimage

    Son zamanlarda ürək xəstəliklərində artış günümüzün ən aktual problemlərindən biri olub.Bunun səbəbləri arasında bir neçə faktor var ki, bunlar ayrıca olaraq diskusiya edilməli və lazımı işlər aparılmalıdır.


    Son zamanlarda ürək xəstəliklərində artış günümüzün ən aktual problemlərindən biri olub.Bunun səbəbləri arasında bir neçə faktor var ki, bunlar ayrıca olaraq diskusiya edilməli və lazımı işlər aparılmalıdır.

    Bu problem əsasən inkişaf etmiş ölkələrdə görülür.Belə ki, bu il Amerikada 62 milyon insan ürək xəstəliyinə tutulub. 75 yaşından çox xəstələrdə bu faiz 75-dir, 20 yaşındakılarında isə 5%-ə çatıb.

    Hər il xəstəxanalardan 6 milyon insan ürək xəstəlikləri şikayəti ilə xəstəxanaya gedib vəya müalicə olub.

    Belə hesab edilir ki, ürək xəstəlikləri Azərbaycanda və Dünyada 2020-ci ildən etibarən ölümə səbəbiyyət verən ən başlıca problem olacaqdır.Hal hazırda şərq ölkələrində bu faiz gündən günə artmaqdadır

    Ürək xəstəliklərindən danışanda bunların hansı xəstəliklər olduğunu bilmək lazımdır. Ən çox bilinən ürək xəstəlikləri arasında ürək damarlarının divarlarının içəriyə doğru qalınlaşması, qanın az getməsi bağlı infarklar və spasmlar, ürəyin tez-tez döyünməsi vəya anormal döyünməsi əsas problemlərdəndir.

    Bu xəstəliklərdan zərər çəkən insanlar əsasən döş qəfəsində ağrı və bunun kimi problemlər rastlanır, bəzi xəstələrdə isə bu problem ağır işlə məşğul olduqda vəya idmanla məşğul olduqda baş verir.Bəzilərdə isə belə ağrılar olmur sadəcə olaraq ürəkdə anormal döyünmələr vəya üfürəmlər olur.Bu kimi ağrılarda mütləq həkimə getmək lazımdır.

    Belə problemlər nə zaman əmələ gəlir?

    Son 10-20 il ərzində insan həyatının sürətlənməsi ilə əlaqədar insanlar yemək yeməyə və özlərinə daha az vaxt ayırırlar.Daha çox işləmək və daha az yatmaq və s. Bunun kimi səbəblərə görə insanlar daha tez bişən yeməklər yeyirlər və bunlar da daha çox qızardılmış, duzlu və yağlı yeməklərdir ki. Bunlar içində insanı kökəldən və xəstəliklər meydana gətirən kifayət qədər amillər var. Qızardılmış ət yeməkləri və kartoflar hətta xərcəng xəstəlyinə tutulma riskini artırır.

    Yağlı yeməklər isə kökəlməyə səbəb olan ən başlıca amillərdən biridır.Belə bir vəziyyətda insan bədənində yağın ümumi faizi artır və damarlarda yağlanma prosesi gedir.Belə bir vəziyyətdə ürək əzələlərinə daha az qan gedir və ürək ağrıları baş verir.

    Duzlu yeməklər isə əsasən yüksək təzyiq problemi olan xəstələrdə ciddi problemdir çünki bu zaman tezyiqi balanslamaq çox çətin olur. Ona görə xəstəliyə olmayan və olan insanlardan duzlu yemək yeməkdən əl çəkməlidir.

    Digər ən ciddi problem isə aktiv vəya pasiv siqaret çəkilməsidir. Siqaretdə mövcud olan 40-dan çox zəhərli maddələr ürək daxil olmaqla çox ciddi fəsadlarla nəticələnir.Yeri gəlmişkən siqaretin zərərləri haqqında qısa məlumat versək hamı üçün faydalı olacaqdır.Belə ki, siqaret çəkənlərdə onun içində olan nikotin,qetran,karbon monoksit (CO) ve xerceng yarada bilen (kanserogen) əsas xəstəliklərin mənbəyidir.Siqaret çəkən şəxsdə aşağıdakı problemlər biruzə verir

    Siqaret çəkmək iştahı pozur.

    Həzm prosesini çətinləşdirir.

    Dişləri saraldır.

    Mədə yarasına səbəb olur.

    Dodaq,dil ve yemək borusu xərcənglərinə səbəb olur.

    Öskürdür və bəlgəm əmələ gətirir.

    Xroniki bronxite və emfizemaya səbəb olur.

    Qırtlaq və ağciyər xərcəngləri siqaret çəkənlərdə arasinda daha cox muşahidə edilir.

    Ağciyər və qırtlaq xərcənginin əmələ gəlməsinin 90%-nin səbəbi siqaretdir.

    Damar divarlarının elastikliyinin azalmasina səbəb olur.

    Qol ve qıç damarlarında tıxanmalar əmələ gətirir.

    Beyni qıdalandıran damarlarda da elastikliyin azalmasina səbəb olur.Iflic olma hadisələri meydana gələ bilir.

    Ən əsası isə ürək xəstəliklərinin,xususilə də ürək əzələsi infarktinin əmələ gəlməsinə imkan yaradır. Siqaret çəkənlərdə bu 10 dəfə çox olur.

    Bəs nə etməli?

    Ən əsası fast food yəni tez, duzlu və tam yağda bişən yeməkləri yeməmək lazımdır. Yazımız yazdımız bu problemlərin ən əsas həlli yolu da bu olacaqdır. Bu yeməklər əvəzinə daha çox tərəvəz, balıq və toyuq ətindən hazırlanmış yeməklərindən istifadə etməyiniz çox yaxşı olacaqdır.

    Yeməklərinizdə yağın miqdarını azaldın.Çünki yağda olan kolesterol ürək xəstəliklərinin əsas səbəblərindən biridir həm də köklüyə səbəb olan ən əsas şeydir.

    İdman isə ən vacib məsələdir. İdmanla məşğul olmuş şəxslərdə ürək xəstəliklərinə çox nadirən rast gəlmək olur. Bunun üçün isə həftədə ən az 3 dəfə 30 dəqiqədan az olmamaq şərti ilə templi idmanla məşğul olmaq lazımdır. Bundan əlavə gedəciyiniz yerlərə maşın vəya avtobusla yox piyadə getməyə çalışın. Bu məsafə isə ən az 1km olsun və bu məsafəni yenə yavaş yox sürətlə gedin.

    Siqaret isə tamamən dərkidin. Siqaret tək başına törəddiyi fəsadların öhdəsindən gəlmək üçün bu çox vacibdir.

    Həkimə nə vaxt gedim?

    Əgər hər zaman olmayan və anidən meydana gələn döş qəfəsinizdə bir ağrı meydana gəlibsə

    Əvvəllər eşitməyidiyiniz ürək səsləri

    Ürəyiniz hər zamankına nəzərən daha sürətli vəya yavaş döyünməsi

    Bu kimi vəziyyətlərdə mütləq həkimə gedin çünki elə fəsadlar var ki, onlar gizli gedir və ani olaraq ciddi xəstəliklərə hətta ölümə səbəb ola bilər

    Ürəyiniz qeydinə qalın və sağlam yaşayın

    Dr.Samir Yəhyazadə
#24.07.2011 14:59 0 0 0