Gilənar suyu - tərkibindəki kalsium və C Vitamini ilə əzələlərə enerji verərək, bədəndə rahatlığı təmin edir.
Sağlam yaşama nail olmaq üçün, əzələ ağrılarını azaltmaq üçün alimlər bir stəkan gilanər suyunu məsləhət görürlər.
Xüsusilə, yay aylarında insanlar daha çox idmana meyl edirlər, məşq edirlər. Bu zaman bir çox hallarda əzələ ağrıları meydana gəlir. Əzələ ağrılarını azlatmaq üçün həkimlər gilənar suyunu məsləhət görürlər.
Məşqdən sonra və ya əvvəl içilən gilənar suyu tərkibindəki kalsium və C vitamini ilə bədənə rahatlıq verir. Bir stəkan gilənar suyu gündəlik kalsium ehtiyacını 10 % ödəyərkən, itirilən maye və mineralların bərabərləşməsinə kömək olur.
Həkimlər, yeməklərdə mütləq zeytun yağından istifadə etməyimizi vurğularkən, digər yandan hər gün bir ovuc qoz və ya fındıq qəbul etməyimizi məsəhət bilirlər.
Zeytun yağı, qoz, fındıq, badam, qarğıdalı, ispanaq, cəfəri kimi qidalarda olan E vitamini yaşlanmanın qarşısını alır.
O cümlədən xarici təsirlərdən qorunmaq üçün də E vitaminini tez tez tükətməyimiz lazımdlr.
Alma sirkəsi bəədndə olan artıqları əridir. O cümlədən insulini daha yararlı hala gətirir. Həmçinin, aclıq hissini öldürmək üçün də faydalıdır. Bu fayda kilo almağın qarşısını alar və şəkərin qandan hüceyrələrə daşınmasına köməkçi olar.
Enerjinizi artırar. Göyərtilərə sirkə qataraq yeməyə başlamanız sizin sağlam qidalanmanızı təmin edər.