Yaz makiyajı

Son güncelleme: 10.08.2011 16:38
  • Yaz makiyajı

    Dəbli yaz trendi – təbii makiyajdır. Amma bu o demək deyil ki, bütün kosmetikanı kənara qoymalısınız. Təbii görünmək üçün güzgü qarşısında xeyli vaxt keçirməlisiniz. Bu yaz dəbdə əlvan göz kölgələri – firuzəyi,dəri çalarının və teksturasının hamar və bərabər olmasıdır. Yazın növbəti tendensiyası əlvan dodaqlardır. Qırmızı və çəhrayı çalar dəbdə olacaq. Mat pomadaya daha çox üstünlük verin, belə ki, dodaq parıltısı bu yaz elə də populyar olmayacaq.

    Bəzi stilistlər gözləri karandaş və ya sürmə ilə vurğulamağı məsləhət görsələr də ,başqaları əksinə , yalnız gözaltını isti çalarda göz kölgələri ilə vurğulamağı tövsiyə edirlər.

    Dəri və ənlik məsələsinə gəldikdə, qızılı və bürünc çalarlara üstünlük verilməlidir.

    Bu mövsüm – gözlərin tüstülü makiyajına (smokey eyes) yer verilməməlidir. 2011 ilin yazı əlvan makiyajsevərlərə sürpriz hazırlayıb. Rəngli yaz kölgələri , göy qurşağının hər rəngində sürmələr dəbli yaz makiyajının əsasnı təşkil edir. Makiyajın rəngi aksesuar, geyimdən seçilməlidir. Baharda xanımlar daha zərif olmağa can atırlar. Yaz makiyajı diqqətçəkən, eyni zamanda çox cəlbedici olmamalıdır. Belə makiyajın sirri ondadır ki, gözlərə kölgə vasitəri ilə bir az rəng vurmaq, ənlik və dodaq boyasından istifadə etmək lazımdır. Dodaqlara boya və ya onun çalarında parıltı vurmaq olar. Həddindən artıq əlvan pomada və kölgədən uzaq durmaq lazımdır. Ən ideal yaz makiyajı üzdə hər hansı nahiyyənin vurğulanmasından ibarətdir. Bu, ya qaşlar, ya gözlər, ya da dodaqlar ola bilər. Bir gün əlvan pomada ilə dodaqlarınızı, o biri gün karandaşla qaşlarınızı, üçüncü gün isə gözlərinizi vurğulayın.



    Bu yolla hər gün fərqli obrazda görünəcəksiniz.

    Yaz makiyajı Qış makiyajından təkcə rənginə görə deyil, həm də tekturasına görə fərqlənir. O. Daha yüngül və açıq çalarda olur. Tonal krem qalın olmamalı, həmçinin ultrabənövşəyi şüalardan qorumalıdır. Kompakt kirşan əvəzinə ovulan kirşandan istifadə edin.

    Maye göz kölgəsi əvəzinə isə gözdə yayaılmaması üçün ovulan kölgələrə üstünlük verin . Yazda firuzəyi, narıncı, yaşıl, çəhrayı, açıq-bənövşəyi göz kölgələri populyar olacaq. Göz karandaşı əvəzinə mat olmayan rəngli və parıltılı sürmələrə yer verin.

    Tuşun da rəngli olanını seçin, ən əsası isə tuş suyadavamlı olmalıdır – çünki yaz yağışından heç birimiz sığortalanmamışıq.



    S.Mamedova
#10.08.2011 16:38 0 0 0