Məni dinlə yzısı - Sevgi sözleri - Dostluğa dair yazılar - Alıntı sözler
Yadındadır bir zaman sənə demişdim
" SƏN MƏNƏ DOSTLUĞUNLA DƏYƏRLİSƏN..."
Dəyərini niyə qoruyub saxlamadın? Mən səndən dostluq istədim, sən mənə hər
zaman sevgi verdin. Sözlərimi dinləmədən, eşitmədən yalnız öz bildiyini etdin,
sözlərini dedin, hisslərini bildirdin... Mən dinlədim...dinlədim...İndi isə sən məni dinlə...
Bəzən həyatda hisslərimizlə təklikdə qalmış oluruq. Yalnız ürək və o hisslərin səbəbkarı. Bəlkədə hisslərimizə aldanırıq , özümüz bilmədən, hiss etmədən. Zamanın axarında anlayacağıq hisslərimizi... Bu təklikdə ətrafı görməz olursan...Yalnız öz düşüncələrin, öz sözlərin, öz hisslərin... Sanki heç kim səni anlamır, sanki hər kəs sənə qarşı. Anlamayırlar, "Axı bu hisslərə sahib olan mənəm, mənim qəlbimdə yaşayır o sevgi, mənim qəlbimdə döyünür , mənim qəlbimə əzab verir, mənim qəlbimdə günü gündən artır, bütün ürəyimə sahib olur. Ürəyimlə,bütün varlığımla duyuram sevgimi, öz sevgimi, mənim sevgimi... Bunları mən yaşayıram, mən sevirəm, mən..." Elə deyilmi? Məgər bu sözləri düşünməyirsən? Amma həqiqətədə belə deyil, səni anlamayanlar səni sevənlərdir, səni düşünənlərdir, sənin üçün ən yaxşısını istəyənlərdir. Düşünürsən ən düzgün qərarı sən vermiş olacaqsan? Amma bəzən yaxınların sənin üçün ən doğrunu səndən yaxşı görmüş olurlar. Sən sadəcə dinlə...Heç bir sual vermədən, etiraz etmədən,dinlə...
Dinlə məni, ürəyini deyil...
Dinlə sözlərimi, hisslərini deyil...
Sən sadəcə düşün
Var olan dostluğumuzu düşün, dostluğumuzu məhv edən xəyali sevgini deyil...
***********************************
Sən sadəcə anlamağa çalış...
Həyat istədiklərimizi yerine yetirən xoşbəxtlik deyil, həyat gerçəkləşməyən
arzuların əvəzinə xoşbəxtlik bəxş edəndir.
Alıntı sözler..