Qariə Surəsi - Ürəkləri dəhşətə salan qiyamət - Dini yazılar
"Qariə" Surəsi
101-ci surə
əz-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəsi (Məkkədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1-İmam Baqir (ə) buyurdu: Hər kəs Qariə surəsini çox oxusa, Allah-taala onu dünyada Dəccalın fitnəsindən, onun də`vətini qəbul etməkdən, və Qiyamətdə Cəhənnəm çirkinliklərindən yaxud onun yandırıcı istisindən amanda saxlayar.
2-Übəyy ibn Kə`bin nəql etdiyi hədisdə yazılıb ki, hər kəs Qariə surəsini oxusa, Allah Qiyamətdə buna xatir onun əməl dəftərini ağır edər.
Hər hansı mühüm mətləb üçün əl-Qariə surəsini yüz səkksən dəfə oxusun, təcrübə olunub. Əgər onun məişəti (güzəranı) ağır keçirsə, bu surəni yazıb özündə saxlasa, ruzisi çoxalar, inşaallah.
Hər hansı zəruri hacətin üçün bu surəni yazıb özündə saxlasın.