ŞOK pəhriz!

Son güncelleme: 06.06.2012 21:43
  • Pəhriz - ŞOK pəhriz


    Bir həftədə 15 kilo arıqlayın.

    Şok pəhriz bir həftədə 15 kilo arıqlayın
    Bir həftədə 15 kq arıqlamaq mümkündür.Bunun üçün, həftə ərzində diyetoloqların hazırladığı pəhrizdən kənara çıxmaq olmaz.Beləki..

    1 ci gün
    Səhər yeməyi
    Şəkərsiz bir stəkan meyvə suyu, bir nazik dilim pəhriz çörəyi, 40 qr pendir, pomidor və xiyar
    Nahar
    50 qr pəhriz çörəyi, toyuq döşü, bir stəkan ayran, bir porsiya az yağlı tərəvəz salatı (bitki yağı kimi zeytun)
    Şam
    1 porsiya mərcimək şorbası, 180 qr buğda, bişmiş kotlet, üç yemək qaşığı yağsız qatıq və tərəvəz salatı

    2 ci Gün
    Səhər yeməyi
    Şəkərsiz çay,bir ədəd yumurta, iki nazik dilim pəhriz çörəyi, beş ədəd zeytun, pomidor ve yaşıl bibər
    Nahar
    1 ədəd sosiska, 200 qr portağal, bir porsiya yağsız tərəvəz salatı
    Şam
    140 qr qiymə ilə hazırlanmış ispanaq yeməyi, iki yemək qaşığı düyü (duzsuz və yağsız), 100 qr yağsız qatıq və tərəvəz salatı

    3. gün
    Səhər yeməyi
    Şəkərsiz bitki çayı, bir ədəd yağsız tost, bir alma, pomidor və xiyar
    Nahar
    Bir ədəd buğda pişmiş kotlet, bir qızardılmış kartof(bitki yağında), bir porsiya tərəvəz salatı
    Şam
    Bir toyuq budu (dərisiz), 1 yemək qaşığı makaron, üç yemək qaşığı zeytun yağı ilə hazırlanmış tərəvəz salatı

    4. gün

    Səhər yeməyi
    Şəkərsiz bitki çayı, iki yumurta, bir dilim pəhriz çörəyi pomidor xiyar
    Nahar
    Bir soyutma kartof, bir stəkan ayran və xiyar
    Şam
    Iki kiçik dilim pendir, bir stəkan qatıq və xiyar

    5.gün

    Səhər yeməyi
    Şəkərsiz çay, iki sosiska, bir dilim pəhriz çörəyi, pomidor və xiyar
    Nahar
    140 qr dana əti (suda bişmiş), bir porsiya yağsız tərəvəz salatı
    Şam
    210 qr suda bişmiş ət (mal əti toyuq və yaxud balıq) ve tərəvəz salatı

    6. gün
    Səhər yeməyi
    Şəkərsiz limonat , omlet (yağsız), 25 qr pəhriz çörəyi və tərəvəz salatı
    Nahar
    100 qr pendir, bir portağal ve xiyar
    Şam
    Balıq əti sərbəst

    7. gün
    Səhər yeməyi
    Şəkərsiz çay, 20 qr pendir 40 qr pəhriz çörəyi, bir pomidor və xiyar
    Nahar
    300 qr qatıq, bir dilim pəhriz çörəyi ve xiyar
    Şam
    Bol miqdarda meyvə

    Qeyd: Pəhriz əsnasında gün ərzində iki litr su içmək vacibdir.

    Alıntı..
#19.08.2011 13:15 0 0 0
  • bu pehrizi eden varsa xais edirem yaza biler tesiri oldu ya yox
#06.06.2012 21:43 0 0 0