Sağlıq - Sağlamlıq - Yuxu ve sağlıq - Yuxu haqqında
Gün ərzində neçə saat yatmalıyıq?
. Amma adaptasiyadan sonra bu elementlərin əksəriyyəti azalır. Buna görə mütəxəssislər qeyd edirlər ki, yuxuyla bağlı bütün insanlar üçün eyni resepti vermək düzgün deyil. Qeyd olunur ki, yuxu müddəti əsasən yuxunun keyfiyyəti ilə bağlıdır.
Gündəlik hadisələrin təsiri yuxunun müddət və nizamını poza bilər. Misa kimi işdə, ailədə olan problemləri göstrəmək olar. Bu cür pozuntular aradan qalxdıqca yuxurejimi qaydasına düşür.
Bəzən də uzun-uzadı yatmağa meylli oluruq. Əgər bu tənbəllikdən yaranırsa, həddindən çox yatırıqsa və buna baxmayaraq yorğunluğumuz çıxmadan oyanırıqsa deməli hər şeydən əvvəl normal yuxunun tələb etdiyi gigiyenik şərtləri nəzərdən keçirməliyik. Yəni yatağımız normaldır ya yox? Otağın temperaturu necədir? Gecələr tez-tez oyanırıq yoxsa yox?
Bütün bunları nəzərdən keçirəndən sonra məlum olsa ki, hər şey qaydasındadır deməli həkim məsləhəti almaq lazımdır.
Sağlam yataq və yatma istiqamətləri necə olmalıdır?
Normal yuxu və sağlamlığımız üçün yatağımızın düzgün seçilməsi vacibdir. Bunun üçün də mütəxəssislər tövsiyə edirlər ki, titrək, çox yumşaq və çox sərt yataqlar insan sağlamlığı üçün ziyandır. Çünki onurğa sütunu həddindən artıq güc altına düşür ki, bu da təbii əyriliklərin itməsinə və daha da artmasına səbəb olur. Bu həm də bədən ağrılarına səbəb olur ki, bu da yuxu alma baxımından problemlər yaradır.
Mütəxəssislərin bildirdiyinə görə, ən ideal yatma istiqaməti arxası üstə və yanlara yatmaqdır. Amma səhərə kimi eyni istiqamətdə yatmaq tövsiyə edilmir.
Hansı temperaturda yatmalıyıq?
Normal yuxu üçün əsas şərtlərdən biri də yataq otağı temperaturunun normal olmasıdır. Bunun üçün də tövsiyə olunur ki, yataq otağındakı temperatur 16-17˚C (20˚C) olsun.
Az və keyfiyyətli yuxuya necə nail olaq?
Təcrübə göstərir ki, çox yatmaq heç də insanın yorğunluğunu aradan qaldırmır. Ola bilər ki, Gün ərzində 8-10 saat yataq, amma bunun heç bir xeyri olmasın
ona görə də İlk növbədə nizamlı yuxu vaxtına diqqət etmək lazımdır. Yəni hər gün eyni vaxtda yatıb, eyni vaxtda yuxudan qalxmaq. Əsasən, yuxu vaxtımı gecə saatlarına salmaq vacibdir. Səhər vaxtı da tez qalxmağımız bizim fəaliyyətimizin müsbət xətlə inkişafına kömək edə bilər. İlk əvvəl 6-7 saatdan çox yatmamağa özünüzü məcbur etməlisiz. Buna öyrəşmək əvvəlcə çətin olacaq, təxminən 10 gündən sonra isə hər şey qaydasına düşəcək.
Yuxusuzluğu aradan qaldırmaq üçün mütəxəssislər nahardan sonra təxminən 30 dəqiqə yuxu almağı məsləhət bilirlər. Məsələn, Yaponiyada xüsusi olaraq iş vaxtının bir hissəsi günorta yuxusu üçün ayrılıb.
Yorğun oyanmanın digər səbəbi tox qarına yatmaqdır. Tox qarına yatanda beyin ancaq mədədəki qidanı parçalamaqla məşğul olur. Onun üçün də bizə elə gəlir ki, ümumiyyətlə yatmamışıq
Digər tərəfdən də düşünürük ki, gün ərzində daha az fəaliyyətdə olmaq bizi yorğunluqdan və yuxusuzluqdan xilas edə bilər. amma mütəxəssislər başqa cür düşünürlər. Onlar qeyd edirlər ki, gün ərzində həm fiziki, həm də zehni işlərlə məşğul olmaq, nəsə oxumaq, qaçmaq, velosiped sürmək və s. işlər nəticəsində insan az yuxu ilə daha gümra
ola bilir. Əsas odur ki, bunu davamlı olaraq etmək lazımdır