Qidaların hamısının xeyirli olmadığını söyələyən mütəxəssislər,
bəzilərinin zəhərlənməyə ya da allergik
reaksiyalara səbəb olaraq insanı öldürəbiləcəyini də bildirir.
Hansı qidaların qəbulunda daha diqqətli olmalıyıq?!
Sandwich ?!
Pediatric Health Care jurnalının apardığı araşdırmalar nəticəsində təhlükəli yeməklər siyahısında sosisli sandwich birinci yerdədir.
Mütəxəssislərə görə 10 yaşından kiçik uşaqlar arasında qida ilə bağlı boğulmalar 17% nisbətindədir. ABŞ da aparılan araştırmaya görə sosisli sandwichdən boğulmalar son 2 ildə 20 % artıb. Həkimlər bunu uşağın sosisi böyük parçalarla dişləyib yeməsi ilə izah edirlər.
Göbələk növlərinə DİQQƏT .
Bir çox sevilən yeməklərin tərkibində göbələyə rast gəlmək olar.
Əfsuslar olsun ki, bəzən sevə - sevə yediyimiz
bu yeməklərin tərkibindəki göbələk zəhərli ola bilir.
Göbələyin bəzi növləri insanda qarın ağrısı, bulantı və dəhşətli
dərəcədə susuzluq hissi yaradır. Mütəxəssislər
göbələk seçərkən çox diqqətli olmağın vacibliyini bildirir.
Çiyələk zərərlidirmi?!
Demək olar ki, hamımız çiyələyi çox sevirik, amma zərərli olduğunu bilirikmi?!
Çiyələyin üzərindəki toxumlar fikirləşdiyimiz qədər də xeyirli deyil.
Bu toxumlar ürək döyüntüsünü yavaşladır hətta DURDURUR.
Toxumlardakı alkaloidlər insanı ölümə aparmağa qadirdir.
Yerfıstığı - insanı ŞOKA sala bilər.
Ciddi allergik təsirə malik yerfıstığı bir çox şirniyyatlarda istifadə
edilir. Amma onun da istifadəsində diqqətli olmaq zəruridir.
Çünki yerfıstığı bəzi insanlarda çox ciddi allergik reaksiya
yaradaraq onların ölümünə səbəb ola bilər.
Hətta insanı Şok vəziyyətinə də sala bilər.
Alma və armud çəyirdəkləri təhlükəlidir.
Şaftalı, ərik, alma, armud kimi meyvələr şox ləzizdir.
Ancaq bu meyvələrin qabıqları və yarpaqları ilə
yanaşı çəyirdəklərindən də uzaq durmalısınız.
Gündəlik həyatımızda, demək olar ki, hər fəsildə ən çox yeyilən
bu meyvələr çox yeyildiyi zaman insanda başgicəllənmə
və ürəkbulanma yarada bilər. Bu meyvələrin çəyirdəklərinə
xüsusi diqqət yetirilməlidir. Belə ki, bu çəyirdəklərin orqanizmdə
ürəkdöyüntünün artmasına və böyrək disfiunksiyasına gətirib çıxara biləcəyi deyilir.
Lagocephalus sceleratus (Şarbalıq) balığı.
Son zamanlarda daha çox yapon mətbəxində istifadə olunan bu balıq növü insanı asanlıqla zəhərləyə bilər. Bu balığın dərisində və bəzi orqanlarında insanı iflic edən və boğulmasına səbəb ola biləcək "tetrodo-toksin" adlı çox zəhərli toksinlər var. Bu balığı dadmaq istəsəniz onun peşəkar bir aşbazın əlindən çıxdığına əmin olmaq mütləqdir. Çünki yalnız peşəkar aşbazlar onu zəhərli bölmələrindən ustalıqla ayıra bilir və bu balığı yeyiləbiləcək vəziyyətə gətirir.