Müğənni Rəqsanə hazırda Rusiyada konsert turnesindədir.
Bu barədə Lent.az-a məlumat verən müğənninin prodüseri Təranə Səmədova deyib ki, avqustun 5-dən başlayan turne Nijni Novqorod, Omsk, Krasnodar, Pyatiqorsk, Rostov şəhərlərində baş tutub və ayın sonuna qədər başqa bölgələrdə davam edəcək.
Konsert Rusiyada yaşayan Azərbaycan diasporunun təşəbbüsü ilə gerçəkləşir.
Müğənni vətənə qayıdan kimi klip çəkilişlərinə başlayacaq.