Azərbaycanlı müğənni Vokal ifaçılığı qran-pri mükafatına layiq görülüb

Son güncelleme: 30.08.2011 04:33
  • noimageMüğənni Murad Sadıxov Moskvada keçirilən əlillərin 3-cü beynəlxalq "Sərhədsiz həyat imkanları" yaradıcılıq festivalında Azərbaycanı uğurla təmsil etmişdir. O, "Vokal ifaçılığı" nominasiyasında qran-pri mükafatına layiq görülmüşdür.

    M.Sadıxovun vokal müəllimi, Milli Konservatoriyanın dosenti, Əməkdar Müəllim Məryəm Babayeva AzərTAc-a bildirmişdir ki, festivalın məqsədi sağlamlıq imkanları məhdud olan gənclərin istedad və bacarıqlarını inkişaf etdirmək, onlara qayğı göstərmək, eləcə də beynəlxalq təşkilatların diqqətini onlara yönəltməkdir.

    AzərTAc
#30.08.2011 04:33 0 0 0