Saatlarla ac qalıb əldən düşməkdənsə, pəhriz prosesini maraqlı və məzəli oyuna çevirə bilərsən. İnanmırsan? O zaman rəngli pəhrizə müraciət et və birdəfəlik artıq kalorilərdən azad ol.
Ağ bazar ertəsi
Rəngli menyu: Rasiona düyü, banan, gül kələm, baş soğan, ağ lobya, turp, şampinyon daxil edə bilərsiniz. Buraya, həmçinin süd, brınza pendiri, yumurtanın ağı, pörtlənmiş quş əti, balıq və kalmar əlavə edə bilərsiniz.
Xörək provokatorları: Ağ dondurma, qaymaq və şəkərdən imtina etməli olacaqsınız, əks halda pəhriz mədənizə zərər verə bilər. Yadda saxlayın ki, ağ qidanın tərkibində çoxlu karbohidrat olur, ona görə onları düzgün tarazlaşdırmaq lazımdır.
Rəngin təsiri: Ağ rəng orqanizmdə olan insulinin aktiv iştirakına, qanda şəkərin artmasına və işləmək qabiliyyətinin yaxşılaşdırılmasına kömək edir.
Təxmini menyu: səhər yeməyi - kəsmiklə xama, brınza, mineral su və ya bir stəkan süd.
Nahar: suda bişmiş düyü və toyuq, 2 yumurtanın ağı ilə lobya, gül kələm.
Qəlyanaltı: banan.
Şam yeməyi: yoğurt, kefir.
Rəngin təsiri: Hesab edilir ki, ağ rəng sahibinin hörmətini artırır və işgüzar görüşdə uğurun təminatıdır. Bundan əlavə, ağ rəng soyudur, ona görə soyuq fəsildə ağ geyimdən istifadə etmək məsləhət deyil.
Qırmızı çərşənbə axşamı
Bu gün əsasən qırmızı ət yeyilməlidir. Həmçinin bu günün qida rasionuna qarpız, qırmızı qarağat, pomidor, albalı, qırmızı alma, moruq, qırmızı lobya, nar, qırmızı şirin bibər, üzüm, qırmızı balıq, kürü, karkade çayı daxildir.
Xörək provokatorları: Tünd-qırmızı rəng həmişə təbii olmur. Hərdən ət kombinatlarında ətə kimyəvi preparatlar qatılır ki, həm rəngi tünd olsun, həm də infeksiyalardan qorusun.
Rəngin təsiri: Qırmızı rəngli məhsulların tərkibində flavonid adlanan C və B vitaminlərindən daha güclü olan antioksidantlar mövcuddur. Pomidor və qarpızın tərkibində isə xeyirli likolin var ki, bu da siqaret çəkənlərin xərçəng xəstəliyinə tutulma riskini 27% azaldır. Qırmızı qan dövranını yaxşılaşdırır, əzələ tonusunu yüksəldir və gün ərzində sizi enerjili saxlayır. Bu o deməkdir ki, çərşənbə axşamı trenajor zalına və ya gəzməyə getmək məsləhətdir. Bundan əlavə, qırmızı məhsullar sizi depressiyadan uzaqlaşdıracaq və seksual hissiyyatınızı artıracaq.
Təxmini menyu: səhər yeməyi - 200 q qarağat, 4 tikə ət, tomat suyu.
Nahar: Ukrayna şorbası, çuğundur salatı, 2 pomidor, albalı kiseli.
Qəlyanaltı: 1 ədəd qırmızı alma.
Şam yeməyi: 100 q ət və ya bastırma, qırmızı tərəvəzdən raqu (bolqar bibəri, lobya, pomidor), zeytun yağı, 200 q qırmızı giləmeyvə və qarpız.
Rəngin təsiri: Cəsarətli rəngdir. Unutmayın ki, qırmızı rəng əsəbiləşdirə və qıcıqlandıra bilər, ona görə gündəlikdə ondan çox istifadə etmək məsləhət deyil.
Sarı çərşənbə
Rəngli menyu: Ananas, şaftalı, şirin sarı bibər, qabaq, sarı alma, darı yarması, qarğıdalı, pivə, yumurtanın sarısı, qreypfrut, yemiş, pendir və sarı şirələr.
Xörək provokatorları: Qarğıdalı, bal və pendirdən çox istifadə etməyin, çünki onların tərkibində kalori çoxdur.
Rəngin təsiri: Sarı məhsullar sinir sistemini möhkəmləndirir, onlar A və B vitaminləri ilə zəngindir. Onlar eyni zamanda həzmi yaxşılaşdırır, qaraciyərin və bağırsağın problemlərini aradan qaldırır. Odur ki, sarı məhsullardan qorxmadan istifadə edin və sağlam olun.
Təxmini menyu: səhər yeməyi - 2 tikə çorək, qreypfrut və portağal suyu.
Nahar: toyuq bulyonu, yarma, pörtləmiş qabaq, meyvə salatı.
Qəlyanaltı: 1 alma və ya bir dilim yemiş.
Şam yeməyi: sarı bolqar bibəri və pendirli salat, pörtləmiş kartof.
Rəngin təsiri: Sarı rəng fikri yeməkdən yayındırıb, onu intellektual mövzulara yönəltmək və əhval-ruhiyyəni yüksəltmək gücünə malikdir. Bundan əlavə, o, hirsi soyudur.
Yaşıl cümə axşamı
Rəngli menyu: Kahı, göyərti, göy soğan, ravənd, xiyar, yaşıl noxud, dəniz kələmi, brokkoli, kərəviz, kivi, yaşıl alma, üzüm, yaşıl çay cümə axşamını rahat keçirməyinizə kömək edəcək.
Xörək provokatorları: Ehtiyatlı olun, dadlı püstə, tünd-yaşıl tərxun sizin köməyinizə gəlməyəcək, yaşıl rəngdə olsalar belə. Eyni zaman üzümdən çox istifadə etməyin, çünki tərkibindəki qlikemik indeks qanda qlükozanın sayını çoxaldır. Bu gün yaşıl məhsullardan istifadə etməlisiniz deyə, digər məhsulları yaddan çıxarmayın, yalnız meyvə və tərəvəz yemək mədəyə ziyan vura bilər.
Rəngin təsiri: Yaşıl məhsulların tərkibində xlorofil, maqnezium var, bu da əsəb və əzələ sisitemlərini möhkəmləndirir və hormonal balansı saxlayır.
Təxmini menyu: səhər yeməyi - 2 yaşıl alma, brokkoli qovurması, yaşıl çay.
Nahar: yaşıl şorba, ispanaq şorbası, yaşıl noxud və zeytun yağ ilə salat, 2 kivi.
Qəlyanaltı: 1 stəkan xiyar kokteyli, üzüm.
Şam yeməyi: xiyar salatı, brokkoli, dəniz kələmi, 1 xörək qaşığı zeytun yağı, yaşıl alma və kivi ilə meyvə salatı.
Rəngin təsiri: Yaşıl rəng stresdən azad edir. Pəhriz zamanı sizə sakitlik və harmoniya lazımdır, yaşıl rəng sizi bununla təmin edə bilər. Amerika dietoloqları iddia edir ki, yaşıl rəng öz-özünə arıqlamağa səbəb olur.
Bənövşəyi cümə
Rəngli menyu: badımcan, törpü balığı, qırmızı kələm, qara üzüm, qarağat, gavalı, böyürtkən, cır mərsin, qaragilə, bənövşəyi soğan, çuğundur, qara gavalı, reyhan yeməlisiniz.
Xörək provokatorları: çuğundurla ehtiyatlı olun, o, aclıq hissi yarada və qanda qlükozanın tərkibini çoxalda bilər, həmçinin qara gavalıdan sui-istifadə etməyin, o, çəkinizi artıra bilər.
Rəngin təsiri: bu rəng iştahanı azaldır və intuisiyanı inkişaf etdirir. Bənövşəyi rəng meditasiya üçün əla variantdı. Rasionu düzgün qursanız, bənövşəyi məhsullar ağır günü başa vurmağa sizə yardım edəcək.
Təxmini menyu: səhər yeməyi - 2 gavalı, üzüm və mineral su.
Nahar: badımcan, bənövşəyi soğan, çuğundur salatı, giləmeyvə.
Qəlyanaltı: qara gavalı.
Şam yeməyi: kələm salatı, törpü balığı, gavalı və ya giləmeyvə suyu.
Rəngin təsiri: Bənövşəyi rəng sinir sistemini sakitləşdirir, dincəlməyə kömək edir və yaradıcılığa başlamağa təkan verir.
Qara şənbə
Rəngli menyu: «Qara şənbə» - heyrətləndirici səslənir. Bu gün siz 2,5 litr mineral su ilə kifayətlənməli olacaqsınız.
Xörək provokatorları: Şənbənin əsas təhlükəsi odur ki, bütün çətinliklərə dözərək bu günə qədər gəlib, məhz şənbə günü pəhrizdən imtina edə bilərsiniz.
Rəngin təsiri: Təbii ki, bu rəng heç bir effekt vermir, ancaq mineral su orqanizmi yaxşıca təmizləyir. Bildiyiniz kimi, su qırışları yox edir və dərini hamarlaşdırır.
Bu gün su prosedurları sizə yaxşı gələcək, ətirli vanna qəbul etdiyiniz zaman rahatlaşacaq və ac olduğunuz yada düşməyəcək.
Narıncı bazar
Rəngli menyu: Bazar menyusu sizə yerkökü, manqo, ərik, şaftalı, papaya, yemiş, xurma, narıncı bibər, kuraqa, mandarin, sarı göbələk və qızılbalıq təklif edir.
Xörək provokatorları: Günəşli gündə sərhəd yoxdur, bir odur ki, kuraqa və qazlı sarı sulardan çox istifadə etməyin.
Rəngin təsiri: Günəş rəngi əhval-ruhiyyəni, immunitet və seksual hissiyyatı yüksəldir, soyuqdəymə və neqativ emosiyalardan qoruyur. Narıncı məhsulların tərkibində məşhur antioksidant beta-karotin var, o, dəri və gözə xeyirdir, həmçinin yaşlanma prosesini ləngidir. Yadda saxlayın ki, bu qrupa daxil olan məhsulları pörtlənmiş vəziyyətdə yemək lazımdır.
Təxmini menyu:
Səhər yeməyi: bir stəkan mineral su, yerkökü piroqu, portağal şirəsi.
Nahar: pörtlənmiş kudu, bibər salatı, meyvə və giləmeyvə.
Qəlyanaltı: bir az kuraqa, çaytikanı və ya mürəbbə ilə çay.
Şam yeməyi: 2-3 tikə qızılbalıq, tərəvəz salatı, giləmeyvə.
Rəngin təsiri: Narıncı rəng əhval-ruhiyyəni yüksəldir və həmişə fəal olmağa kömək edir.
Dostlarınız sizin bütün həftə pəhriz saxladığınızdan xəbər tutmayacaq, yalnız nə qədər gözəl göründüyünüzü söyləyəcəklər.