Şokaladlı pirok və kekslər

Son güncelleme: 02.09.2011 13:17
  • Şokaladlı pirok və kekslər - Şokaladlı pirok və kekslər terkibi - Şokaladlı pirok və kekslər hazırlanması

    noimage

    Lazım olan ərzaqlar:

    2 ədəd yumurta
    2 yemək qaşığı qatıq
    2 yemək qaşığı kərəyağı
    1 çay stəkanı ilıq süd
    1 çay stəkanı ilıq su
    4,5- 5 su stəkanı un
    1 çay stəkanı pesok
    1 paket. quru maya

    noimage

    Kremi üçün;

    3 su stəkanı süd
    4 yemək qaşığı un
    1 su stəkanı toz şəkər
    2 ədəd/adət yumurta sarısı
    1 yemək qaşığı kakao
    1 qaşıq kərəyağı
    1 paket vanil

    Üzəri üçün;

    150 qr. sütlü şokolad
    3/4 çay stəkanı krem

    noimage

    TƏRİF

    Xəmiri yoğurmaq üçün yoğurma qabına əl yandırmayacaq qədər ilıq süd və suyu alın. Mayanı və şəkəri qarışığa əlavə edib əridin.

    Daha sonra undan başqa bütün xəmir vəsaitlərini əlavə edin. Unu yavaş yavaş qarışdıraraq xəmiri yoğurun. Xəmir sulu oldusa bir az daha un əlavə edin. Xəmirin ələ az yapışacaq qədər yumşaq olmasına diqqət yetirin.

    Xəmiri, iki qatı olana qədər ilıq bir mühitdə mayalanmağa buraxın.

    Sərt olmayan xəmir ələ yapışacaq konsistensiyadadırsa əlinizi unlayarak xəmirdən orta boy alma böyüklüyündə kündələr götürərək yağlanılmış nimçəyə düzün

    170 dərəcəli sobada bişirin.

    noimage

    Kremi:

    Kərə yağınddan başqa bütün krem ərzaqlarını qazana götürüb çırpma teliylə hamar konsistensiyada çırpın.

    Davamlı qarışdıraraq pudinq konsistensiyasına gələnə qədər bişirin. Qaynamağa başladıqdan sonra kərə yağı əlavə edib 2-3 dəq. daha bişirib ocağısöndürün. Krem soyuyana qədər davamlı qarışdırın.

    Bişən tort çörəyini buterbrod şəklində kəsin. Daha sonra bir sıxma torbasıyla ya da qaşıqla kremi tortların içinə yayın.

    Krem və şokoladı əritmək üçün; bir qaba qoyun və kasanı su dolu başqa bir qabın içinə qoyaraq ocaqda əriyənə qədər qaynadın.

    Əriyən şokoladın içinə kremi də qoyduqdan sonra tortcuqların üstünü şokolada batırın. Soyuducuda soyudub çay süfrəsinə verin.

    noimage

    Nuş olsun..

    Alıntı..
#02.09.2011 13:17 0 0 0