Kartoflu kiçik kekslər - Kartoflu kiçik kekslərin terkibi - Kartoflu kiçik kekslərin hazırlanması
Terkibi:
1 kq. kartof
4-5 ədəd kiçik sosiska
Yarım dəstə şüyüd
2 yumurta
1 su stəkanı qatıq
1 su stəkanı duru yağ
1 su stəkanı un
1 paket qabartma tozu
200 qr. kaşar pendir rəndəsi
Qırmızı bibər, qara bibər, duz
Hazırlanması:
Kartoflar kiçik küplər halında doğranıb duzlu suda gözlədilir. Yumurtalar çırpılıb sosiska və şüyüd xaricindəki vəsaitlər də əlavə edilib qarışdırılar. Kartoflar süzülüb qarışığa çiy olaraq əlavə edilər. Eyni şəkildə kiçik kiçik doğranmış sosiskalar və şüyüd də əlavə olunar. Soba qabı yağlanılıb bir az un səpildikdən sonra keks tökülür və əvvəldən isidilmiş 160 dərəcəlik sobada üzərləri qızarana qədər təxminən 45 dəqiqə bişirilər. Arzu etsəniz silikon qablaran da istifadə edə bilərsiniz. Bu səfər yağlayıb un səpmənizə gərək qalmayacaq. Ayrıca üzərlərinə susam da səpə bilərsiniz.
Qeyd: keksi bişirərkən ilk 20 dəqiqə sobanın qapağını açmamağa diqqət yetirin.