1 kq kartof, 2 kq göyərti (pərpətöyün və ya ispanaq, ya da başqa göyərti), 200 qr baş soğan, 120 qr yağ, duz və istiot zövqə görə, 1 stəkan qatıq, 2 diş sarımsaq.
Hazırlanma qaydası:
Sarımsaq duzla əzilir və qatıqla qarışdırılır.Göyərti təmizlənir, axar suda yuyulur, doğranılır və aşsüzənə yığılır. Süzülən göyərti ilə birlikdə qayanayan suya salınır, 2 - 3 dəqiqə pörtlədildikdən sonra suyu süzülür. Ərinmiş soğan yağda qızardılır, üzərinə pörtlədilmiş göyərti, kub şəkilind doğranmış kartof əlavə edilir və ağzı bağlı qabda kartof hazır olana qədər bişirilir. Süfrəyə veriləndə üzərinə sarımsaqlı qatıq tökülür.