Kartoflu roqalik - Kartoflu roqalik terkibi - Kartoflu roqalikin hazırlanması
Terkibi:
500 q su və ya süd
2 ç.q. duz
1 ç.q. şəkər tozu
200 q kartof püresi
100 q kərə yağı
1 kq un
küncüt
yumurta
iç üçün:
istənilən ərzaq (pendir, siyənək və ya ton balığı)
Südü qaynadıb soyudun. Azca mayanı isti süddə (suda) şəkər tozu və duz qatmaqla əridin. Kartof püresi, yumurta əlavə edib qarışdırın. Unu az-az səpərək, kərə yağı qataraq xəmir yoğurun. Xəmirin üstünü salfetlə örtüb gəlməsini gözləyin.
Xəmir gələndən sonra 4 hissəyə bölüb, kündələyib 0,5 sm qalınlıqda yayın. Hər belə yuxanı pizza kimi 8 yerə bölün (üçbucaq formasında). Üçbucağın enli yerinə iç qoyub yumurlayaraq bükün, roqalik alınsın.
Yağlanmış siniyə düzün. Azca gəlməsini gözləyin. Üzərinə yumurta çəkib, küncüt səpin. Sobada 180 dərəcədə 30 dəqiqə bişirin.