Dahilərin sevgi haqqında fikirləri

Son güncelleme: 03.09.2011 18:23
  • Dahi sözler - Dahilerden gelen sözler - Sevgi haqqında yazılar - Dahilerin fikirleri - Deyerli kelmeler - Sevgi sözleri

    Bir dəfə sevən daha sevməz.
    Aleksandr Puşkin

    Sevgi körpü qurmaqdır.İnsanlar körpü quracaqları yerdə,divar tikdikləri üçün yalnızdırlar.
    İsaak Nyuton

    Sevgi birliyə, eqoizm təkliyə aparar.
    Fridrix Şiller

    Sevgi - hər gün isbat edəcəyin teoremdir.
    Arximed

    Sevginin əvvəlində sevənlər gələcək haqqında danışırlar, sonunda isə keçmiş haqqında.
    Morua Andre

    Sevgi həya-abır, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur.
    Ziqmund Freyd

    Gözəl olan sevgili deyildir,sevgili olan gözəldir.
    Lev Tolstoy

    Əsl sevgini tapmaq çox çətindir, amma əsl dostluğu əldə etmək ondan da çətindir.
    Fransua de Laroşfuko

    Sevgi - keçmişi və gələcəyi qəbul etməyən tək ehtirasdır.
    Onore de Balzak

    Qadınları başa düşülmək üçün yox, sevilmək üçün yaradılıblar.
    Oskar Uayld

    Sevgi insanlar üzərində kökm edə bilməz, lakin onları dəyişdirə bilər.
    İohann Volfqanq Göte

    Hansi kişi ki, sevgi barədə ağıllı danışır, demək o sevmir.
    Jorj Sand

    Heç bir sevgi, şəfqət, ananınkının yerini tuta bilməz.
    Onore de Balzak

    Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur.
    Viktor Hüqo

    Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb.
    Fransua de Laroşfuko

    Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür.
    Onore de Balzak
#03.09.2011 18:23 0 0 0