Tarixdə bu gün - 07 sentyabr

Son güncelleme: 07.09.2011 10:47
  • Tarixdə bu gün - 07 sentyabr

    noimage

    7 sentyabr. İlin sonuna 115 gün qalır.

    1822. Braziliyanın müstəqilliyini elan edib

    1860. Haribaldi özünü İtaliyanın diktatoru elan edib

    1911. Bolqar kommunist lideri Todor Jivkov anadan olub

    1920. Bakıda Şərq xalqlarının I qurultayı başa çatıb

    1953. Xruşşov SSRİ-nin rəhbəri seçilib

    1956. BMT köləliyin və qul ticarətini qadağan edən qətnamə qəbul edib

    1961. Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov anadan olub

    1986. Çili diktatoru Pinoçetə sui-qəsd zamanı 5 mühafizəçi ölsə də o, hadisədən salamat qurtarıb

    1991. Ermənilərin Xocavənd rayonun rayonunun azərbaycanlılar yaşayan Tuğ kəndinə silahlı basqını nəticəsində kəndin 2 sakini öldürülüb

    1991. Xankəndi yaxınlığında sərnişin avtobusunun atəşə tutulması nəticəsində isə 3 azərbaycanlı həlak olub, 4 nəfər yaralanıb

    1997. Zair diktatoru Mobutu Sese Seko vəfat edib. Ondan 6 milyard dollarlıq miras qalıb

    2000. Nyu-Yorkda BMT-nin "Minilliyin sammiti"ndə iştirak edən Azərbaycan prezidenti Heydər Əliyev Baş Assambleyanın iclasında çıxış edib. Həmin gün BMT-nin binasında GÖUAM dövlət başçılarının - Gürcüstan (E.Şevardnadze), Özbəkistan (İ.Kərimov), Ukrayna (L.Kuçma), Azərbaycan (H.Əliyev) və Moldova (P.Luçinski) prezidentlərinin zirvə görüşü keçirilib

    2002. Azərbaycanla Tacikistan arasında cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı əməkdaşıq haqqında Saziş imzalanıb

    2006. BMT Baş Assambleyasının 60-cı sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamə qəbul edilib.
#07.09.2011 10:47 0 0 0