Elza Seyidcahandan növbəti layihə - EKSKLÜZİV

Son güncelleme: 07.09.2011 10:53
  • noimage

    Azərbaycanın əməkdar artisti Elza Seyidcahan yeni mövsümdə mövzusu uzun müddət maqazin gündəmində müzakirə yaradacaq bir layihə ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

    Bu barədə Lent.az-a xəbəri müğənni özü deyib: "Naz et" adı altında konsert verəcəyəm. Bu, sırf naz edən xanımlar üçündür. Xanımlara naz yaraşır".

    Elza Seyidcahan layihənin ideya mənbəyini açıqlayıb: "Mənim Əliağa Vahidin sözlərinə yazılmış "Naz et" adlı layihəm var. İdeya o kompozisiyanı hazırlayanda yaranıb".

    Müğənni digər yeniliklər barədə də məlumat verib: "Bundan başqa xarici ölkələrə konsert səfərlərim var. Bir də yerli telekanallardan birinin televiziya layihəsinə münsif olacam".

    Seyidcahan qonşulara verəcəyi konsert layihəsinin də gündəmdə olduğunu deyib.

    Lalə Yusifqızı
#07.09.2011 10:53 0 0 0