Yayda xəstələnməməyin sirləri

Son güncelleme: 09.09.2011 02:39
  • Sağlamlıq - Xestelik - Yayda xestelikden qorunma - Yayda xəstələnməməyin sirləri

    Soyuq yeməklərdən çox istifadə etməyin. İsti yay günlərində mədə və bağırsaqlar soyuq yeməklərlə bağlı daha sürətli fəaliyyətdə olur və belə yeməklərin bağırsaqlarda qalma müddəti qısalır. Bu da orqanizmin qidalardakı vitaminləri mənimsəməsinə imkan vermir.
    Sürətlə su içməyin. İstidə insan çox tərlədiyindən birdən-birə içilən çoxlu miqdarda su ürəyin yükünü artıraraq, qan dövranını aşağı salır. Bu isə nəfəs çatışmazlığına və soyuq tərləməyə səbəb olur.
    Açıq havada taxta üzərində oturmayın. Havanın temperaturu və nəmliyi yüksək olduğu üçün taxta çoxlu miqdarda suyu özünə çəkir. Günəş altında qalan taxta nəmi çölə verir və üzərində oturduqda dəri və revmatizm xəstəliklərinə səbəb olur.
    Gecə açıq havada yatmayın. Bədən sürətlə tərlədiyi üçün insan yuxulayana qədər bədənin müqaviməti azalır. Gecə havanın istiliyinin aşağı olması, soyuq küləyin əsməsi mədə ağrılarına, əzələ problemlərinə, həzm pozğunluğuna və ishala gətirib çıxarır.
    Günorta yatmağa çalışın. Gündüzlər uzun, havalar isə isti olduğundan günortalar 1-2 saat yatmaq faydalıdır.
    Kondisioneri yüksək dərəcəyə qoymayın. Kondisioner insanların rahatlığı üçündür. Lakin otaq daxilində və çöldə istilik fərqinin böyük olması insanın üşüməsinə səbəb olur. Ona görə də bu fərq 5-8 dərəcə arasında olmalı, 10 dərəcəni keçməməlidir.

    Alıntı..
#09.09.2011 02:39 0 0 0