Geniş yayılmış təsəvvürlərin tam tərsinə olaraq, qadınlarla müqayisədə kişilər daha çox danışırlar.
Britaniyanın Mançester Universitetinin alimlərinin fikrincə, qadınlar kişilərdən daha rəvan və səlis danışırlar.
Tədqiqatlar göstərib ki, kişilər qadınlardan daha çox danışır, üstəlik onların danqışıqlarında eyni sözlər təkrarlanır, parlaq məcazlar və təhkiyələr olmur.
Belə çıxır ki, kişilər orijinal, ekspressiv tərif söyləməyi bacarmırlar.
"Adi söhbətdə məhz kişilər yalnız danışıq xətrinə danışmağa başlayırlar. Onlar ümumi ifadələrdən yararlanır, minimal və sadə dildə danışırlar", - araşdırma müəlliflərindən biri Ceffri Bitti bildirib.