Toya hazırlaşan müğənnimiz mətbuata qadağa qoydu - FOTOLENT

Son güncelleme: 10.09.2011 00:43
  • noimage

    Azərbaycanın populyar gənc müğənnisi Emin Bədəlov (Saqqız Emin) oktyabr ayında xalq artisti Firuz Əliyevin qızı ilə ailə quracaq.

    Bu barədə Lent.az-a müğənninin özü məlumat verib: "Toy oktyabr ayında olacaq. Təbii ki, mətbuat nümayəndələri toyda iştirak edəcək. Lakin onlar dost qismində dəvət olunacaq. Çünki elə olur ki, saytlara şəkillər qoyulur və başlayırlar şəkillərin altında nalayiq sözlər yazmağa... Buna görə, açığı, toy mərasiminin işıqlandırılmağından çəkinirəm".

    Müğənni gələcək həyat yoldaşının ixtisasca pedaqoq olduğunu bildirib.

    Lalə Yusifqızı

    noimage

    noimage

    noimage
#10.09.2011 00:43 0 0 0