Xroniki ağrıların çarəsi tapıldı

Son güncelleme: 16.09.2011 10:11
  • Xroniki ağrılar - Xroniki ağrıların sebei tapıldı

    Alimlər xroniki xəstəliyə səbəb olan geni aşkar edib

    Alimlər xroniki ağrılara qarşı yeni mübarizə üsulları tapıb. Kembric universitetinin tədqiqatçıları xroniki xəstəliyə səbəb olan geni aşkar edib. Alimlərin fikrincə, onlar yeni ağrısızlaşdırıcı vasitəni tapa biləcək. Belə ki, onlar siçanların genlərindən ağrıya həssas olan HCN2 əsəblərini kənarlaşdıra bilib.

    Tədqiqat nəticəsində siçanların xroniki ağrıdan yaxa qurtardıqları məlum olub. Lakin kəskin ağrının yaranması istisna edilmir. Siçanların ağrını kənarlaşdırma sürətini nəzərə alaraq demək olar ki, bu heyvanlar neyropatoloji ağrı hiss etmir. Ağrının bu növü əsəb sisteminin periferik və mərkəzində neyronların patoloji oynaması nəticəsində yaranır.
#16.09.2011 10:09 0 0 0
  • saol :)
#16.09.2011 10:11 0 0 0