Gənc ifaçı Günay İbrahimli bu günlərdə musiqisi Pərviz Mahmudova, sözləri Leyliyə məxsus olan "Səndən öncə, səndən sonra" mahnısını dinləyicilərə təqdim edib.
Müğənninin mətbuat katibi Ceyhun Məhərrəmovun Lent.az-a bildirdiyinə görə, bir neçə gün sonra mahnının klip çəkilişləri başlayacaq. Klipə rejissor Ülviyyə Könül quruluş verəcək. Artıq gənc müğənni klip çəkilişlərindən öncə həyata keçirdiyi yeni fotosessiya işlərini də bitirib. Lent.az Günay İbrahimlinin yeni fotosessiyasını təqdim edir.