Qadınlar ətir istifadə etmənin incəliklərini bilirmi?

Son güncelleme: 21.09.2011 08:22
  • Qadınlar - Qadın etirleri - Qadınların ətir istifadə etməsi haqqında - Qadınların etir haqqında bilmedikleri


    noimage

    Ətir qadınların sevimlisidir... Bəs görəsən, qadınlar ətir istifadə etmənin incəliklərini bilirmi? Mütəxəssislər suala cavab axtarmazdan öncə bu qaydaları hazırlayıb... Qoxu, əksər hallarda saçımızın, makiyajımızın, paltarlarımızın qabağına keçəcək qədər qüvvətli bir təsirə sahibdir. Xoş bir ətir qoxusunun bütün kefinizin bir anda necə də dəyişdirdiyinə çox şahid olmusunuz.

    Ətir istifadə edərkən diqqət yetirməniz lazım olan ilk şey, istifadə edəcəyiniz miqdardır. Bəzən xoş ətir məqsədilə vurulan ətir ətrafa boğucu qoxu yaya bilir. Bu da pis bir imic yaradır.

    Ətiri bədəninizin isti, gizli bölgələrinə sürməniz həm qoxunun qalıcılığını artırar, həm də qoxunun yüngülcə, xoş bir şəkildə yayılmasını təmin edər. Ən ideal nöqtələr, qulaqların arxası, boyun, biləklər və sinələrin arasıdır. Bu nöqtələrdən keçən damarlar, hər ürək atışınızda qoxunun yavaşca yayılmasına köməkçi olar.

    Ətiri, 15 sm. uzaqlıqdan püskürtməli və əllə yaymadan, öz-özünə qurumasına icazə verməlisiniz.

    Müxtəlif markaların bazara sürdüyü, bir-birindən cazibədar qoxular arasından seçki etməyə çalışmaq, ətir istifadə etmənin ən çətin tərəfidir. Ətirin bədənə sürtüldükdən sonra, bədən istiliyiylə birlikdə gerçək qoxusuna çatması və bədəndə necə dayanacağının daha yaxşı başa düşülməsi üçün, biləyinizə bir miqdar sıxdıqdan sonra ən az 3-4 dəqiqə öz-özünə qurumasını və bədənə yaxşıca yerləşməsini gözləyin. Eyni anda bir neçə ətir sınamaq yerinə, tələsik etmədən, qoxunu yaxşıca hiss etməyə çalışaraq qərar verin.

    Bir çox pul verdiyiniz ətirlərinizi pozulmadan istifadə etmək üçün saxlama şərtlərinə diqqət yetirməlisiniz. Yüksək istilik, nəm və günəş işığı ətirin komponentlərinin kimyəvi xüsusiyyətləri səbəbindən ətirin qoxusunun dəyişməsinə səbəb ola bilər. Buna görə ətirlərinizi sərin və bağlı bir yerdə saxlayın.

    Alıntı..
#21.09.2011 08:22 0 0 0