Brauniz Pirojnaları

Son güncelleme: 15.11.2011 12:28
  • Brauniz Pirojnaları - Brauniz Pirojnaları terkibi - Brauniz Pirojnalarının hazırlanması

    noimage

    Biskvit üçün



    170 +30 qram acı şokolad (59-70% какао;)
    170 qram kərə yağı
    250-300 qram şəkər tozu
    3 ədəd yumurta
    125 qram un
    1 ç.q. qabartma tozu
    bir çimdik duz
    0,5 stəkan qoz ləpəsi və yaxud təmizlənmiş badam

    noimage

    Hazırlanma qaydası:

    Xəmiri hazırlamaq üçün: əridilmiş şokoladın (170 qram) üzərinə xırda doğranılmış kərə yağı töküb, buxarda istilədərək, əridin. Sonra üstünə şəkər tozu əlavə edib, həll olunana qədər qarışdırın. Soyutmaq üçün kənara qoyun. Sonra üstünə tədricən yumurtaları əlavə edib, qarışdırın. Unu qabartma tozu ilə qarışdırıb, duz səpərək, şokoladlı qarışığın içinə tökün.

    Şokolad (30 qram) və qoz ləpəsini xırda-xırda doğrayıb, xəmirə əlavə edərək, yaxşıca qarışdırın.

    Yumru tort formasını yağlayıb, dibinə perqament kağızı sərin. Sonra perqament kağızın üstündən kərə yağı çəkib, hazırlanmış xəmiri içinə bərabər şəkildə tökün.
    Korju 170 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin. Korjun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit çöpü batırıb, çıxardın - çıxan kibrit çöpünə xəmir yapışmayıbsa, korjunuz hazırdır. Çalışın korju qurutmayasız.

    Korju duxovkadan çıxardıb, soyuducuya 8-12 saat müddətinə qoyun. Braunizi kvadrat şəkildə kəsib, çay süfrəsinə təqdim etmək olar.

    noimage

    noimage

    noimage

    Alıntı..
#15.11.2011 12:28 0 0 0