Quran haqqında kiçik məlumat

Son güncelleme: 28.11.2011 00:04
  • Quran haqqında - dini melumatlar ve yazılı sözler

    noimage

    Quran Məhəmməd peyğəmbərə İlahidən nazil edilmiş vəhylərin məcmusudur. "Oxu" mənasında Quran adlandırılmışdır. Peyğəmbər şəraitə müvafiq olaraq 23 il müddətində vəhy almışdır. Vəhy Allahın əmr və qadağalarını öz yaratdıqlarına göndərmə qaydasıdır. Məkkədə nazil olan ayələr Məkkə ayələrı, Mədinədə nazil olan ayələr Mədinə ayələri sayılır. Quran ayələri fəsillərdə toplanmışdır ki, bunada surə deyilir. Quranda 114 surə vardır. Bunlardan ən uzunu 286 ayədən ibarət əl-Bəqərə surəsi, ən qısaları isə 3 ayədən ibarət əl-Kəusər, ən-Nəsr və əl-Əsr surələridir. Quran əl-Fatihə surəsi ilə başlanır, ən-Nas surəsi ilə bitir. 90 surə Məkkədə, 24 surə Mədinədə nazil olmuşdur. Peyğəmbər ayələri aldıqca əzbərləmiş, əsabələrinə yazdırmışdır. Peyğəmbərin vəfatından sonra Quran kitab şəklində yazıya alınmış, yeddi nüsxə köçürülərək biri Mədinədə saxlanmış, qalanları böyük şəhərlərə Kufə, Bəsrə, Dəməşq, Məkkə. Yəmən və Bəhreynə göndərilmişdir.
    Belə hesab olunur ki, Quran sözü ecazkar sözdür. İnsan bu cür söz düzəldə bilməz.

    Alıntı..
#27.11.2011 23:55 0 0 0
  • anlaşılması zor kelimeler:(
#28.11.2011 00:01 0 0 0
  • Bölüm Azerbaycan bölümü, anlayanlar için konular açılıyor buraya:)
#28.11.2011 00:04 0 0 0