Kələmli krep ruletləri

Son güncelleme: 04.12.2011 03:29
  • Kələmli krep ruletləri - Kələmli krep ruletlərinin terkibi - Kələmli krep ruletlərinin hazırlanması

    Terkibi:


    6 qaynadılmış kələm yarpağı
    1 çəkilmiş kök
    Duz
    Cəfəri
    1 stəkan çəkilmiş pendir
    Zeytun yağı

    Krep Üçün:


    1.5 stəkan un
    4 yumurta
    1 stəkan süd
    Duz
    Qara bibər
    2 yemək qaşığı günəbaxan yağı

    Üstü üçün:


    Çəkilmiş pendir
    Təzə üyüdülmüş istiot

    Hazırlanması:


    Kələm yarpaqlarını incə doğrayın və köklərlə birlikdə bir tavada zeytunyağı ilə qızardın. Cəfəri ilə pendiri əlavə edin.

    Krep xəmiri üçün, dərin bir qabda un, yumurta, süd, günəbaxan yağı və duzu yaxşıca qarışdırın. Tavanı bir az yağlayın. Krep xəmirindən yarım çömçə tavaya tökün və iki tərəfini də qızardın.

    Krepleri düz bir qaba qoyun. İçinə içdən 3-4 yemək qaşığı qoyub möhkəmcə rulet şəklində sarıyın. Bir yarım barmaq qalınlığında dilimlər kəsin. Yağlı kağız sərilmiş soba nimçəsinə dilimləri sərin. Üzərinə rəndələnmiş pendiri səpin. 200 dərəcəli sobada pendir əriyənə qədər bişirin və xidmət edin.


    Nuş olsun...
#04.12.2011 03:29 0 0 0