Allergiyalar xərçəngdən qoruya bilər

Son güncelleme: 17.12.2011 07:08
  • Allergiyalar xərçəngdən qoruya bilər?

    Bunun səbəbi hələ ki müəyyən olunmayıb
    İnsana çətinlik verən, hətta zaman-zaman həyatdan bezdirən allergiyaların xərçəngə qarşı qoruyucu ola biləcəyi deyilir.
    Kanadalı elm adamları hiperaktiv bir immunitet sisteminin, orqanizmin zərərli hüceyrələrə qarşı özünü qoruma və bu hüceyrələri yox etmə tutumunu artıra biləcəyini, bunun sayəsində isə xərçəng və ya şişin meydana gəlməsi riskini azaltdığını bildirirlər.
    Mariam əl-Zein və qrupunun icra etdiyi 7 illik araşdırmada 3300 şişli kişi xəstə ilə 500 sağlam insandan ibarət bir qrup müşahidə altında saxlanılıb. Əl-Zein araşdırmalarının sonunda astmalı kişilərin mədə xərçəngi, eqzeması olanların isə ağciyər xərçənginə tutulma risklərinin digərlərinə görə daha aşağı olduğunu təsbit etdiklərini verğulayıb. Allergik şərtlərin niyə xərçəng riskini azaltdığını tam olaraq açıqlamaq mümkün deyil, ancaq bu araşdırma ümidvericidir.
    Allergiya mütəxəssisi gələcəkdə bu əlaqənin və immunitet sisteminin xərçəng riskini azaltmaqdakı rolunu araşdırmağa davam edəcəklərini söyləyib.

    Alıntı..
#17.12.2011 07:08 0 0 0